Professordan iddia: “Məktəblərdə qaydalara riayət edilmir” - Yoluxma riski artır !
12:40 14.10.2020
Cəmiyyət
771
“Nəticə etibarı ilə bu da öz işini görür”
“Gedin sinif otaqlarına baxın, müəllimlərin hamısı maskasız dərs keçirlər”
Dünyanı cənginə alan Koronavirus pandemiyası milyonlarla insanın yoluxmasına səbəb olur. Digər ölkələrdə olduğu kimi Azərbaycanda da təhlükəsizlik qaydaları ilə bağlı tədbirlər görülüb. Hətta bu tədbirlər nəticəsində yoluxma sayı xeyli azalıb.
Sentyabr ayının 27-dən Dağlıq Qarabağda başlayan müharibə ilə əlaqədar olaraq insanlar pandemiyanı arxa plana keçirdi və təhlükəsizlik qaydalarına əməl etmədi. İşğaldan azad olunmuş torpaqlarımızın sevincini yaşamaq üçün insanlar küçələrə axın etdilər. Nəticə etibarı ilə yoluxma sayı yenidən artmağa başladı. Məsələn elə bu gün ölkəmizdə koronavirus (COVID-19) infeksiyasına 369 yeni yoluxma faktı qeydə alınıb, 102 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 4 nəfər vəfat edib. Eyni zamanda məktəblərin açılması ilə orta məktəblərdə də koronavirusa yoluxma halları qeydə alınıb. Hətta dünən koronavirus təhlükəsinə görə, 10 məktəb distant formata keçib. Artıq bəzi dünya ölkələrində COVİD-19-un ikinci dalğası müşahidə olunur və məhz buna görə də Almaniya, Fransa, Böyük Britaniya və başqa ölkələr yenidən “qapanırlar”.
Maraqlıdır, Azərbaycanda da koronavirusun 2-ci dalğası başlaya bilərmi və bu dalğadan daha az itki ilə çıxmaq üçün nə kimi addımlar atılmalıdır?
Sualmızı cavablandıran Tibb elmləri doktoru, professor Adil Qeybulla “Sherg.az”a bildirib ki, orta məktəblərdə pandemiya ilə bağlı təhlükəsizlik qaydalarına riayət edilmir:
“Virusun bu qədər mutasiyaya, dəyişikliyə uğramasına rəğmən Azərbaycanda hələ də pandemiyanın birinci dalğası hökm sürür. Ümumiyyətlə, Azərbaycan pandemiyanı özünəməxsus şəkildə keçirir.
O da insanların vəziyyəti iqnor etməsi, vətəndaş məsuliyyətsizliyi, qapalı mühitdə karantin qaydalarına riayət etməməsi ilə bağlıdır.
Bu, ordu ilə bağlı məsələlərdə də, məktəblərdə də belədir.
Yəni karantin davranışının nə sevincə, nə də hansısa hisslərə dəxli var. Bu, məsuliyyət hissidir. Artıq sözügedən məsələ ilə bağlı televiziya kanallarında maarifləndirmə getmir.
Nəticə etibarı ilə bu da öz işini görür. Niyə orta məktəblərdə yoluxanların sayı artır? Gedin sinif otaqlarına baxın, müəllimlərin hamısı maskasız dərs keçirlər. Mövcud vəziyyət də yoluxma potensialını qat-qat artırır”.
Pərvin Piriyev
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm