Prosesə başlanılıb ! - Düşmənə beynəlxalq məhkəmələr qurulacaq – Təzminat !
Fidan Həmişəyeva
10:49 12.11.2020
Cəmiyyət
729
“Vaxtilə müharibə nəticəsində dəymiş zərərlə bağlı təcrübə var”
“Həmin təcrübə BMT Təhlükəsizlik Şurasının xətti ilə tətbiq olunub”
“BMT Baş Məclisinin 1950-ci ildə qəbul olunmuş “Sülh naminə birlikdə”adlı qətnaməsi mövcuddur”
“Mülki əhalimizə dəyən zərərin ödənilməsini həmin qətnamə ilə həyata keçirə bilərik”
Dünən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşü baş tutub. Döyüşlər bitəndən dərhal sonra Ali baş komandanın birinci xanımla birlikdə ilk qələbə təbrikini çatdırdığı insanlar hərbçilər oldu. Bu, Azərbaycan Prezidentinin hərbçilərə xüsusi münasibəti kimi qiymətləndirilməlidir.
Ölkə başçısı görüş zamanı əldə edilən parlaq qələbədə hərbiçilərin zəhmətini və fədakarlığını xüsusilə qeyd edib. Bu, Ali baş komandan kimi cənab Prezidentin hərbçilərə olan dərin hörmət, həssas münasibət və xüsusi qayğısı ifadə edən mühüm göstəricidir.
Prezident görüş zamanı düşmənin mütləq şəkildə cəzalanacağını da xüsusilə vurğulayıb. Ali baş komandan qeyd edib ki, beynəlxalq ekspertlərin iştirakı ilə bütün dağıntılar, maddi və mənəvi ziyan hesablanacaq. Ölkə başçısı bildirib ki, düşmən həm fərdi, həm də mütəşəkkil qaydada beynəlxalq məhkəmələrə veriləcək və təzminat ödənilməsi tələb ediləcək. Prezidentin bu fikirləri o deməkdir ki, Azərbaycan heç nəyi unutmayıb və unutmayacaq.
Beynəlxalq hüquq və geosiyasət üzrə professor Əfsər Sadıqov “Sherg.az”a bildirib ki, ölkə başçısının söylədiyi bütün fikirlər həqiqəti əks etdirir. Professor qeyd edib ki, Azərbaycan artıq İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edib:
“Eyni zamanda şəhid olan və maddi-mənəvi zərərə uğrayan mülki əhalimizin haqlarının qorunması istiqamətində beynəlxalq müstəvidə işlər görüləcək. Müharibədən kənar ərazilərdə yaşayan əhalimizin əmlak hüquqlarının müdafiəsi üçün də beynəlxalq məhkəmələrə üz tutacağıq. Ölkəmiz artıq bu proseslərə başlayıb”.
Ə.Sadıqov vurğulayıb ki, konkret olaraq mülki əhaliyə dəymiş zərər və təzminatla bağlı müharibənin son dönəmində işlər daha da genişlənəcək:
“Beynəlxalq mexanizmlərin yaradılması üçün bütün işlər görüləcək. Bu istiqamətdə çox yolu qət etmişik. Hesab edirəm ki, xüsusən BMT Baş Məclisi çərçivəsində komissiyanın yaradılmasına çalışılmalıdır.
Beynəlxalq məhkəmədə mülki əhaliyə dəyən zərərlə bağlı konsultativ rəylər də mövcuddur. Ən yaxşı variant BMT-nin Baş Məclisi ilə həyata keçirilə bilər.
Vaxtilə müharibə nəticəsində dəymiş zərərlə bağlı təcrübə var. Həmin təcrübə BMT Təhlükəsizlik Şurasının xətti ilə tətbiq olunub. BMT Baş Məclisinin 1950-ci ildə qəbul olunmuş “Sülh naminə birlikdə”adlı qətnaməsi mövcuddur.
Mülki əhalimizə dəyən zərərin ödənilməsini həmin qətnamə ilə həyata keçirə bilərik. Nəzərə alaq ki, BMT Baş Məclisində bizim tərəfimizdə olan dövlətlər çoxdur. Xüsusilə, Qoşulmama Hərəkatının üzvlərindən dost olan ölkələrdən istifadə edərək, təzminat məsələlərinin həllinə nail ola bilərik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət