
Protez olmazsa, məktəbə gedə bilməyəcək - 12 yaşlı qızın acı taleyi
09:34 04.09.2025
Cəmiyyət
461
Antalyada 13 günlük olarkən sol ayağı amputasiya edilən və atasının evin tavanına quraşdırdığı 150 lirəlik qurğu ilə yeriməyi öyrənən 12 yaşlı Özgenin mövcud protezi dar gəlib. Daha əvvəl evdə təhsil alan və 3-cü sinifdən məktəb həyatına başlayan Özgenin ailəsi indi də daralan protez səbəbindən məktəbə gedə bilməməsi qorxusu yaşayır.
Sherg.az xəbər verir ki, Antalyanın Kepez rayonunda yaşayan alüminium ustası Ali İhsan Yıldırım və İlknur Yıldırım cütlüyünün qızı Özge, doğumdan qısa müddət sonra yaşadığı sağlamlıq problemi səbəbindən sol ayağını itirib. İddialara görə, 1 yanvar 2013-cü ildə 6,5 aylıq vaxtından əvvəl doğulan Özgeyə özəl xəstəxanada küvözdə kateter taxılması nəticəsində ayağı qanqrena olub və dizdən aşağı kəsilib.
Ata Ali İhsan Yıldırım yaşadıqları prosesi belə izah edib:

“Özge vaxtından əvvəl doğuldu. Doğulduğu xəstəxanada küvöz olmadığı üçün bizi özəl xəstəxanaya yönləndirdilər. Orada ayağına kateter iynəsi vuruldu və ayağı qanqrena oldu. Özge ayağını itirdi. 11 ildir həm hüquq, həm də protez mübarizəsi aparırıq. Özge böyüdüyü üçün hər il protezi dəyişmək lazım gəlir. Amma gücümüz çatmır. Keçən il öz imkanlarımla dəyişdim, bu il edə bilmədim. Hazırda protezin dəyəri 66 min lirədir, SGK isə cəmi 16 minini qarşılayır. Arada 50 min 331 lirə fərq qalır. Bizim buna gücümüz çatmır.”
Yıldırım qızının təhsilinə davam edə bilməsi üçün təcili protezə ehtiyac olduğunu vurğulayaraq deyib:
“Özge protezsiz qalıb. Məktəblər açılır, protez olmazsa məktəbə gedə bilməyəcək. Taxanda isə dar olduğu üçün çox pis yeriyir. Mən illər əvvəl düzəltdiyim qurğu ilə qızımı yeritmişdim. Bu gün də eyni çətinliklərlə qarşı-qarşıyayıq. Vətəndaşlarımızdan və dövlətimizdən dəstək gözləyirik.”
Ədalət axtarışını da dilə gətirən Yıldırım əlavə edib:
“Bu hadisəyə səbəb olanlar heç bir şəkildə mühakimə olunmadı. 11 ildir ədalət bizi görməzdən gəlir. Bu ölkənin uşaqları dəyərlidir, övladına sahib çıxmayan vətəninə sahib çıxa bilməz.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sarkisyanın əmlakı müsadirə edildi
17:43 06.07.2026
Region
Bakı-Naxçıvan reysləri təxirə salınıb
17:19 06.07.2026
Ölkə
NATO Baş katibi Mark Rutte Türkiyəyə gəlib
17:11 06.07.2026
Region
Bu il dövlət büdcəsinə 8 mlrd. manatdan çox vergi daxil olub
16:56 06.07.2026
İqtisadiyyat
Filipe Luis "Monako"nun yeni baş məşqçisi olub
16:47 06.07.2026
Futbol
Paşinyan Mişustinlə görüşdə Rusiya ilə əməkdaşlıqdan danışıb
16:38 06.07.2026
Region
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi
16:35 06.07.2026
Ekologiya
Azərbaycan futboluna ağır itki: Əməkdar məşqçi vəfat etdi
16:29 06.07.2026
Futbol
Rusiya səfiri Azərbaycan XİN-ə çağrıldı, nota verildi
16:23 06.07.2026
Siyasət
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi
16:06 06.07.2026
Son dəqiqə
Ermənistan Pakistana ilk səfirini təyin edib
16:02 06.07.2026
Region
Türkiyə MMU-nun nümayəndə heyəti Naxçıvana səfər edib
15:53 06.07.2026
Siyasət