Psixoloji vəziyyət ağırdır ! - "İnsanlar stressli vəziyyətdə...” – Karantinin cəfası !
Şəymən Bayramova
13:52 17.07.2020
Cəmiyyət
1065
“Son 15-20 gündə insanlar ciddi bir şəkildə aqressiyasını bir-birinin üstünə tökməyə başlayıblar”
“Qarşıdakı həftələrdə karantinin davam etməsi fonunda olacaqları təsəvvür belə etmək çətindir”
“Müəyyən qədər yumşalmalara getmək lazımdır”
Aylardır davam edən karantin rejimi insanların səbr kasasını doldurub. İlin əvvəlindən tüğyan edən pandemiyanın yaratdığı panika, karantin səbəbindən bir çox iş yerlərinin bağlanması, havaların isti keçməsi azmış kimi ard- arda sərt karantin rejiminin tətbiqi barədə verilən qərarlar cəmiyyətdə ciddi narazılıq doğurur.
Artıq psixoloqlar da həyəcan siqnalı verib. Mütəxəssislərin fikrincə, karantin rejiminin yenidən iki həftə uzadılması psixi pozuntuların artmasını daha da sürətləndirəcək.
Son günlər Tovuz istiqamətində gedən döyüşlər fonunda cəmiyyətin yeni bir karantin müddətinə dözümü qalmadığını bəyan edən psixoloq Könül Telmanqızının "Sherg.az"a açıqlamasına görə, karantinin yumşaltmaq lazımdır:
"Karantinin bir neçə gündən sonra bitəcəyinə də bir inam var idi. İnsanlar ümid edirdilər ki, yenidən normal həyatlarına dönəcəklər. Lakin karantinin yenidən uzadılması ilə bağlı yayılan məlumat insanlarda ruh düşkünlüyü yaratdı. Bir psixoloq olaraq bu qərarın təsdiqlənməsini doğru hesab etmirəm. Ən azından müəyyən qədər yumşalmalara getmək lazımdır.
Karantindən sonra bizə müraciət edən pasiyentlərin sayı artıb. Həmçinin hər gün işə gedəndə yolboyu insanların necə stressli və gərgin vəziyyətdə olduqlarını müşahidə edirəm.
Xüsusən də son 15-20 gündə insanlar çox gərginləşib və bir- biriləri ilə çox kobud rəftar edirlər.
Düşünürəm ki, Operativ Qərargah karantin qaydaları ilə bağlı qərar verərkən empati qurmalı və vətəndaşların ruh halını nəzərə almalıdır. Mart ayından bu yana insanlar özlərini qəfəsdəki quş kimi hiss edirlər. Əgər müvafiq qurum bu məsələ ilə bağlı ölçü götürməsə, ard-arda sərt karantin tətbiq etməklə ölkədə psixoloj vəziyyət nəzarətdən çıxacaq.
Hazırkı gedişat bizi məhz buna aparır. Təbii ki, bir vətəndaş olaraq mən də yoluxma sayının azalmasının, koronavirus təhlükəsinin yox olmasının tərəfdarıyam. Amma bunun yolu sərt karantin rejimini uzatmaqdan keçmir. Ona görə, təklif edirəm ki, Operativ Qərargahın üzvləri arasında sosioloqlar, psixoloqlar olmalı, onlar da öz tövsiyyələrini verməlidirlər.
Onlar öz qərarlarını ancaq pandemiya üzərindən verir, yoluxma sayını nəzərə alılar. Əhalinin psixoloji vəziyyətindən xəbərləri olmur. İndiki halda insanlarımız boğulma həddindədir. Ruhən o qədər yorulublar ki, qaçıb "kosmos"a getmək istədiklərini deyirlər".
Psixoloqun sözlərinə görə, karantin rejiminin ən böyük fəsadlarından biri panik atakların artması ilə bağlıdır. Depressiv vəziyyətdə psixoloqa müraciət edənlərin əksəriyyəti isə gənclərdir:
"Fobiya, yuxu problemləri, qidalanma problemləri və obsesif düşüncələr, stress kimi artan narahatlığı görmək olur. Bu tip insanlar təşvişə düşməyə başlayır.
Qlobal miqyasda üzə çıxan bu vəziyyətin psixoloji təsirləri təbii ki, mənfi ola bilər.İnsan panika yaşadıqca qorxu,stress halı daha da artacaq. Bu da sizin psixoloji problemlərinizin artmasına səbəb olacaqdır.
Çətinlik sindromu burada çox işləyir, stress çox olduqda və insanın fasilə vermək imkanı olmadıqda, nəticədə bədən çox tükənmiş olur".
Stress və psixoloji gərginliyin immuniteti aşağı saldığını və insanların xəstəliyə qarşı müdafiəsiz vəziyyətdə qaldığını vurğulayan K.Telmanqızı deyib ki, onsuz da bütün gün evdə oturmaq, günəş şüasından məhrum qalmaq uşaqların immunitetini yetəri qədər zəiflədib. Payız aylarında pandemiyanın ikinci dalğasının yaşanacağı ilə bağlı proqnozlar verilir. Bu ehtimalının başlıca səbəbi insanların immun sisteminin zəifləməsinə bağlıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə
“Real” tarixinin ən bahalı transferini etdi
19:40 06.08.2026
Futbol
Romada İsrail-Livan danışıqları başa çatıb
19:33 06.08.2026
Gündəm