
Psixoloq Azad İsazadə: Zorakılıq evdə başlayır, cəmiyyətdə böyüyür
Yusif Nəzərli
07:54 28.10.2025
Cəmiyyət
670
“Uşaqları mərhəmətsizliyə hazırlamaq faciəyə aparır”
“Boşanmaq alternativ kimi qəbul edilməsə, faciələr təkrarlanır”
Sumqayıtda baş verən daha bir ailə faciəsi cəmiyyətdə dərin rezonans doğurub. Xəzər bağları yaşayış massivində 47 yaşlı Hicran İsayeva həyat yoldaşı tərəfindən döyülərək qətlə yetirilib. İlkin versiyalara görə, hadisə qısqanclıq zəminində baş verib. Ailə münaqişəsinin sonu növbəti dəfə ölüm olub, boşanmaq və ayrılmaq əvəzinə, bir ailə daha zorakılığın qurbanına çevrilib. Bu hadisə bir daha göstərir ki, ailədaxili gərginliklər və zorakılıq halları cəmiyyətin ən ciddi sosial problemlərindən biri olaraq qalır.
Psixoloq Azad İsazadə Sherg.az-a açıqlamasında bildirib ki, ailədaxili münaqişələrin faciəvi sonluqla nəticələnməsi cəmiyyətdəki dərin sosial və psixoloji problemlərin əlamətidir. Onun sözlərinə görə, aqressiya bir anda yaranmır, əksinə, cəmiyyətdə yavaş-yavaş yığılıb böyüyür və insanların gündəlik davranışlarına sirayət edir:

“İnsanlardan gözlənilməz hərəkətlər görmək mümkündür, çünki sosial aqressiya bir çox səbəblərdən bir-birimizi dinləməməyimizdən, yığılıb qalan problemlərin həll olunmamasından, həmçinin mentalitet və adət-ənənələrdən qaynaqlanır. İnsan öz içində toplanmış narazılıq və gərginliyi kimsəyə qarşı sərbəst buraxmaq ehtiyacı hiss edir və bu, bəzən ölümcül nəticələrə gətirib çıxarır”.
Psixoloq eyni zamanda ailədaxili zorakılığın qarşısını almaq üçün uzunmüddətli maarifləndirmə və tərbiyəvi işlərin vacibliyini qeyd edib:
“İnsanın təməlində mərhəmət və şəfqət vardır. Amma əgər uşaqlar evdə zorakılıqla, ata-ananın bir-birinə qarşı qəddar davranışı ilə böyüyürsə, onlar da eyni nümunələri təkrarlayırlar. 10-15 il əvvəl dünyaya gəlmiş bir uşaq bu gün yeniyetmədir və əgər ailədə düzgün mənəvi tərbiyə aparılmayıbsa, bu, gələcəkdə cəmiyyətdə zorakılığın artmasına səbəb olur. Biz öz əlimizlə uşaqlarımızı mərhəmətsizliyə və aqressiyaya hazırlayırıq. İnsanlarda şəfqət, mərhəmət, ata-anaya və doğmalara qarşı sevgi hissi gücləndirilməlidir ki, bu cür faciələr təkrarlanmasın. Bu hadisə bir daha göstərir ki, ailədaxili münaqişələr vaxtında həll olunmadıqda faciəvi nəticələrə yol açır. Boşanmaq və ayrılmaq imkanlarının alternativ kimi qəbul edilməməsi, zorakılığın təkrarlanmasına və hətta ölümə qədər getməsinə şərait yaradır. Belə hallar cəmiyyətdə ailədaxili zorakılığa qarşı maarifləndirmə və dəstək mexanizmlərinin vacibliyini vurğulayır. Ailədaxili münaqişələrin yalnız hüquqi tədbirlər və cəza ilə deyil, həm də maarifləndirmə, mənəvi tərbiyə və psixoloji dəstək vasitəsilə qarşısının alınması mümkündür. Ailə zorakılığı yalnız fərdi problem deyil, cəmiyyətin ümumi sağlamlığı üçün ciddi təhlükədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranda mis mədənində partlayış baş verib, 2 nəfər ölüb
21:55 01.08.2026
Dünya
Qara Tofiq vəfat etdi
21:42 01.08.2026
Cəmiyyət
Tofiq Musayevdən daha bir qələbə
21:42 01.08.2026
İdman
Uqandada Netanyahunun qardaşının abidəsi qoyuldu
20:45 01.08.2026
Dünya
ABŞ-ın 50 ölkəyə tətbiq etdiyi viza girovu proqramı daimi olacaq
20:32 01.08.2026
Gündəm
Lerikdə zəlzələ olub
19:58 01.08.2026
Hadisə
Lerik rayonunda zəlzələ qeydə alınıb
19:53 01.08.2026
Hadisə
UEFA FIFA prezidenti Canni İnfantinonu istefaya çağırıb
19:44 01.08.2026
Futbol
İraq Türkiyə vasitəsilə neft ixracını artırmaq niyyətindədir
19:28 01.08.2026
Dünya
Silahlılar Nigerdə 14 hərbçini öldürüblər
19:07 01.08.2026
Dünya
Rusiya bu kəndləri də işğal etdi
18:51 01.08.2026
Dünya
"Trabzonspor"dan Salaha 17 milyon avroluq təklif
18:31 01.08.2026
Futbol
İtaliyada zəlzələ nəticəsində xəsarət alanların sayı 26-ya çatıb
18:13 01.08.2026
Dünya
İran: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq
17:13 01.08.2026
Region
AB səfiri Azərbaycan dilini öynənir - Video
16:59 01.08.2026
Gündəm