Pul toplayırlar, iş görən yoxdur: Kommunal xidmətlər vətəndaşları narahat edir
Məlahət Rzayeva
07:41 03.10.2019
Cəmiyyət
792
Sakinlərin “JEK”, komendant bəlası bitmir. Bəzisi adı var, özü yox Mənzil İstismar Sahələrindən narazıdır, bəzisi də binaların komendantından. Hər ikisini də sakinlərdən pul toplayıb heç bir iş görməməkdə günahlandırırlar. Bu halda sakinlərə deyiləcək bir söz var: binanın idarəçiliyini niyə üzərinizə almırsınız?
Çünki belə təcrübə var.
Xatırladaq ki, Mənzil Məcəlləsinə edilmiş dəyişikliyə əsasən çoxmənzilli binaların sakinləri yaşadıqları binanın idarəçiliyində özləri iştirak edə bilər. Məqsəd çoxmənzilli, həmçinin kooperativ binanın idarə edilməsi ilə bağlı mexanizmlərin təkmilləşdirilməsi, idarəetmədə mənzil mülkiyyətçilərinin daha yaxından iştirakının təmin olunmasıdır.
Qanun layihəsinə əsasən, çoxmənzilli binanın idarə olunması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, binaların idarə edilməsi ilə bağlı müqavilələr həmin qaydaların tələblərinə uyğun olaraq bağlanır, eyni zamanda, binanın idarə edilməsi zamanı bu qaydaların tələblərinin pozulması halları məsuliyyət yaradır.
Məsələ ilə bağlı «Şərq»ə danışan Bələdiyyələrin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli bildirdi ki, vətəndaşların binaların idarəçiliyinə cəlb olunması məsuliyyət yükünü artırır:
- Bilirsiniz ki, binaların idarə olunmasında yeni sistemə keçilib. Hələ 2009-cu ildə qəbul olunmuş Mənzil Məcəlləsində binaların idarəçiliyinin sakinlərə tapşırılması əksini tapmışdı. Amma vətəndaşların passivliyi səbəbindən proses hələ də uzanır. Binaların idarəçiliyinin vətəndaşlara tapşırılması, mülkiyyətçilərin müştərək cəmiyyətlərinin yaradılması məsuliyyət yükünü artırır. Belədə vətəndaşın da üzərinə vəzifə qoyulur. Sakinlər artıq binanın idarə olunmasında iştirak edir, kommunal xidmət haqlarının təyinatı üzrə ödənməsi prosesində aktiv rol alırlar. Məqsəd, məram da vətəndaşın məsuliyyət yükünün artırılmasıdır. Məsələn, Bakının Binəqədi və Nəsimi rayonlarında bu sistem artıq tətbiq edilir.
V.Tofiqli kommunal xidmət haqlarının qeyri-obyektiv təyin edilməsi hallarının mövcudluğundan da danışdı:
- Problemlər var. Vətəndaş bilməlidir ki, kommunal xidmət haqları qanunvericiliyə uyğun olaraq Tarif Şurası tərəfindən müəyyən edilir. Heç bir tikinti kooperativinin də özbaşına qiymət təyin etmək hüququ yoxdur. Qanun buna yol vermir.
Mənzil-tikinti şirkətlərinin kommunal xidmət haqlarını düzgün təyin etmədiyindən narazılıqlar çoxdur. MTK-lar sakinlərdən sanki «xərac» toplayır. Halbuki xərclər xeyli azaldıla bilər. Məsələn, texnologiyanın inkişaf etdiyi bir vaxtda mühafizəçiyə nə ehtiyac? Müşahidə kameraları bu vəzifəni yerinə yetirir. Lift pulu ilə bağlı da fərqli yanaşma olmalıdır, binanın 16-cı mərtəbəsindəki mənzillə aşağı mərtəbələrdəki mənzillər arasında fərq olmalıdır, bunların pulu eyni ola bilməz.
Qiymətləri differensiallaşdırmaq da olar. Həqiqətən də, bir-iki, yəni, aşağı mərtəbələrdə yaşayan sakinlər liftdən az və ya heç istifadə etmirsə, nəyə görə onlar lift xidməti haqqını yuxarı mərtəbələrdə yaşayanlar qədər ödəməlidirlər? Müasir zamanda bu məsələlər fərdi qaydada həllini tapmalıdır. Necə ki, sakinlər elektrik enerjisi, təbii qaz, su israfına görə fərdi qaydada ödəniş edirlər, çoxmərtəbəli binalarda da bəzi xidmət haqları fərdi qaydada hesablana bilər.
Əsas isə, sakinlərin binaların idarə olunmasında iştirakıdır. Sakinlər passivlikdən əl çəksələr, narazılıqlar da azalar, problemləri də qısa zamanda həllini tapar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kürd siyasətçi İraqın yeni prezidenti seçilib
19:17 11.04.2026
Dünya
Türkiyədə 4,8 bal gücündə zəlzələ olub
18:50 11.04.2026
Hadisə
17 yaşlı şübhəli üçün 126 ilə qədər həbs istənilir
17:56 11.04.2026
Hadisə
Abşeronda ölüm hadisəsi baş verdi
17:51 11.04.2026
Hadisə
Ağdamda tikintidə ölüm hadisəsi baş verib
17:25 11.04.2026
Hadisə
Tərtərdə kanalda batan 7 yaşlı uşağın meyiti tapılıb - YENİLƏNİB
17:23 11.04.2026
Hadisə
ABŞ-İran danışıqları başladı - YENİLƏNDİ
17:19 11.04.2026
Dünya
Güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:59 11.04.2026
Ekologiya
KİV: İran ABŞ ilə danışıqlara başlamaqdan imtina etdi
16:41 11.04.2026
Dünya
Makron Ərdoğanla telefon danışığı aparıb
16:31 11.04.2026
Siyasət
Zelenski Pasxa atəşkəsinə əməl etməyə hazır olduqlarını bəyan edib
16:18 11.04.2026
Dünya
ABŞ İranın şərtlərini qəbul etmədi
16:10 11.04.2026
Dünya
Ciyələk xəbərdarlığı: Uşaqlara verməyin!
15:58 11.04.2026
Sosial
İran ABŞ-dən tələblərini açıqladı
15:42 11.04.2026
Dünya