Qablaşdırılmış ət məhsullarında koronavirus TƏHLÜKƏSİ - "...İdxal dayandırılsın !"
12:05 16.11.2020
Cəmiyyət
760
“COVİD-19 - un ət və ət məhsulları ilə insanlara keçməsi halları istisna olunmur”
“Düşünürəm ki, AQTA qida məhsullarının təhlükəsizliyini təmin edən qurum kimi bu məsələləri diqqətdə saxlayır”
“Fikrimcə, həmin ölkələrdən Azərbaycana ət məhsulları idxal edilirsə, bunun qarşısı mütləq alınmalıdır"
Koronavirus artıq həyatımızın bir parçasına çevrilib. Xeyli müddətdir ki, dünya bu virusla mübarizə aparır. Hər gün dünyada yüz minlərlə insan bu virusa yoluxur. Bir çox insan bu ölümcül virusa görə həyatını itirir. Sadə gigiyena qaydalarına əməl etməklə özümüzü bu bəladan qoruya bilərik. Lakin qorunmaq üçün bu yetərli olmaya bilər. Çünki uzun müddətdir bizimlə birgə yaşayan virusun hər gün yeni bir xüsusiyyəti meydana çıxır. COVİD-19 gündəlik həyatımızda hər yerdə ola bilər. Buna qida məhsulları da daxildir.
Çinin Henan və Şandonq əyalətlərinə idxal edilən müxtəlif növ ət məhsullarının qablaşdırmasında koronavirus aşkarlanıb.
Henana Argentinadan idxal olunan 24 ton dondurulmuş donuz ətinin qablaşdırmasından nümunələr götürülüb və test keçirilib. Götürülən 15 nümunədən beşində testlərin nəticəsi müsbət olub. Bununla yanaşı Şandonq əyalətində Braziliya, Yeni Zelandiya və Boliviyadan idxal edilmiş dondurulmuş mal ətinin qablaşdırmasında COVID-19 aşkarlanıb.
Bəs COVİD-19 təhlükəsinin kütləvi hala çevrildiyi bir zamanda həmin mövzuda hansı tədbirlər görülməlidir? Ölkəmizdə belə halların qarşısını almaq üçün hansı addımlar atılır? Ümumiyyətlə, dünya qida sənayesində çalışanlar ən çox nələrə diqqət etməlidirlər ki, virus qablaşdırılmış halda evimizə qədər
gəlməsin?
Bu haqda "Sherg.az"la fikirlərini bölüşən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, həmin ölkələrdən Azərbaycana ət məhsulları idxal edilirsə, bunun qarşısı mütləq alınmalıdır.
"COVİD-19 virusunun mənşəyi, yayılması, hansı mallardan necə keçməsi haqqında çox sayda müəmmalı məsələlər var . Ən məşhur alimlərin belə koronavirus infeksiyasının yayda yox olması ilə bağlı fikirləri özünü doğrultmadı. Bu da həmin sahədə çox ciddi, o cəhətdən müəmmalı məsələlərin olmasının sübutudur.
COVİD-19 - un ət və ət məhsulları ilə insanlara keçməsi halları istisna olunmur. Düşünürəm ki, AQTA qida məhsullarının təhlükəsizliyini təmin edən qurum kimi bu məsələləri diqqətdə saxlayır və bir sıra təhlükəsizlik tədbirləri həyata keçirir. Fikrimcə, həmin ölkələrdən Azərbaycana ət məhsulları idxal edilirsə, bunun qarşısı mütləq alınmalıdır".
Ekspert virusun digər qablaşdırılmış məhsullar vasitəsilə ilə insanlara yoluxması məsələsinə də toxunub:
"Koronavirus infeksiyasının digər növ qablaşdırılmış məhsullar yolu ilə də insanlara yoluxması baş verə bilər. Elmdə bu hallar məlum olmasa da, verilən məlumatlar göstərir ki, polietilen qablaşdırma ilə bu virusun müxtəlif qida məhsullarına, o cümlədən insana keçməsi mümkündür. Ona görə də, qida sahəsində çalışan işçilər bir çox məqamlara diqqət yetirməlidir. Ciddi məsələlərdən biri məhsulları qablaşdırarkən əllərin burunla təmasda olmasıdır. İşçilər əllərini burun və ağızlarına toxundurmaqla virusun qablaşdırılmış məhsullara keçməsinə və faciəvi nəticələr doğurmasına səbəb ola bilərlər. Bunun üçün həmin sahədə çalışan insanlar əllərini ağızlarına, ən çox isə burunlarına vurmamalı, yaxud bundan sonra dezinfeksiya əllərini etməlidirlər".
Aytac Ali
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm