Qaçın, dronlar gəlir
07:34 05.11.2020
Cəmiyyət
676
Erməni ordusunu "Bayraktar" fərariliyə məcbur etdi
"Artıq Böyük Britaniya tanklardan və piyadanın döyüş maşınlarından imtina etməyi planlaşdırır"
Azərbaycan Ordusu işğal olunmuş ərazilərin azad edilməsi üzrə anti-terror əməliyyatları zamanı XXI əsrdə müharibə aparılmasının yeni nümunəsini göstərdi. Ordumuzun döyüş əməliyyatları zamanı müasir silahlardan, PUA-lardan, yüksək dəqiqlikli texnologiyalardan istifadəsi aparıcı ölkələrin baş qərargahları tərəfindən də böyük marağa səbəb oldu. Çünki dünyada indiyədək bir ordu digəri ilə döyüşərkən bu qədər yüksək dəqiqlikli silahlardan istifadə etməsi kimi dəqiq bir nümunə olmayıb.
Zərbə PUA-larının istifadəsinin miqyasına və intensivliyinə görə bu, dünyada ilk belə hal idi. Bu bir faktdır ki, nə ABŞ, nə Rusiya, nə İsrail, nə də digər ölkələr bu miqyasda PUA-lardan istifadə etməyib.
Təbii ki, bu cür münaqişələrdə PUA-lar öz üstünlüyünü təsdiq edib. Lakin bura Azərbaycan Ordusunun düşmənin qüvvələrini və hava hücumundan müdafiə sistemlərini məhv etməsi, zirehli texnikanın, yüksək səviyyəli qoruması olan hədəflərin və canlı qüvvənin məhv edilməsində PUA-ların kütləvi istifadəsi üzrə taktikasını da əlavə etmək olar. Bu bir danılmaz faktdır ki, yaxın gələcəkdə dünyada döyüş əməliyyatlarının aparılması sahəsində dəyişikliklər olacaq.
Şübhəsiz ki, Azərbaycan Ordusunun təcrübəsi burada ətraflı şəkildə öyrəniləcək. Ordumuzun əldə etdiyi yeni təcrübəyə, əsasən deyə bilərik ki, müasir müharibələrdə əvvəllər mühüm əhəmiyyətə malik olmuş tankların yavaş-yavaş sıradan çıxması qaçılmazdır. Çünki İkinci Qarabağ müharibəsi göstərdi ki, tankları dronlardan qorumaq qeyri-mümkündür.
Hərbi ekspert Azad İsazadə deyir ki, Birinci Qarabağ müharibəsində ən çox yük tankların üzərinə düşmüşdü:
"Əgər Birinci Qarabağ müharibəsində hər şeyi tanklar həll edirdisə, bu dəfə onları dronlar əvəzlədi. Bu müharibədə dronlardan geniş şəkildə istifadə tankların təsirini ikinci dərəcəli etdi. Düzdür, tanklar aktiv döyüşlərdə iştirak edirdi, piyada qoşunların arxasında gedə-gedə öz atəşi ilə dəstək göstərirdi. Amma əvvəlki illərdə olduğu kimi irəli sırada getmirdi. Bu gün XXI əsrin müharibəsidir və yeni texnologiyalardan geniş istifadə olunur. Bir faktı qeyd edim ki, artıq Böyük Britaniya tanklardan və piyadanın döyüş maşınlarından imtina etməyi planlaşdırır. Buna səbəb "Challenger 2" tanklarının və "Warrior" piyadanın döyüş maşınlarının müasirləşdirilməsinin baha başa gəlməsi olub.
Onlar hesab edirlər ki, müharibə aparılmasının dəyişən xarakteri kibersilahlara, kosmosa və digər qabaqcıl texnologiyalara böyük investisiyalar tələb edir. Güman ki, Britaniya hərbçiləri bütün dünyada gedən hibrid müharibələri, hətta ənənəvi silahlı qüvvələri tətbiq etmədən belə, effektiv müharibə aparmağın mümkün olduğu qənaətinə gəliblər.
Hesab edirəm ki, onlar daha müasir texnologiyalara üstünlük verəcəklər. Düşünürəm ki, Suriyada və Liviyada gedən müharibədə dronların texnikaya qarşı istifadə edilməsi britaniyalıları bu nəticəyə gəlməyə vadar edib. Buradan da aydın olur ki, XXI əsrdə tankların təsiri get-gedə azalacaq. Ümumiyyətlə, piyadaları güllədən, mərmidən xilas edə biləcək zirehli texnikalar lazım olacaq.
Amma ümumi, strateji üstünlüyü qazanmaq üçün tanklar daha o qədər güclü rol oynamayacaq. Çünki onları havadan dronlara qarşı qorumaq hələ ki, heç cür mümkün deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət