Qadağan olundu: Analar südünü satarsa, cəzalanacaqlar!
Yusif Nəzərli
15:32 28.05.2025
Cəmiyyət
366
Türkiyə Ticarət Nazirliyi ictimai sağlamlığı və istehlakçıların qorunması məqsədilə pərakəndə ticarət və elektron ticarətdə ana südünün satışının qadağan edildiyini açıqlayıb.
Sherg.az “Milliyet.com.tr”yə istinadən bildirir ki, Ticarət Nazirliyindən verilən açıqlamada "Körpələrin sağlam böyüməsi və inkişafı üçün həyati və əvəzolunmaz qida mənbəyi olan ana südü insanın sağlamlıq vəziyyəti, qidalanma vərdişləri, keçmiş infeksiya öyküsü kimi bir çox şəxsi faktorlardan təsirlənir. Bu səbəbdən də sağılmayan, daşınmayan və müvafiq şəraitdə saxlanılmayan ana südünün istehlakı birbaşa olaraq körpənin sağlamlığı və ictimai sağlamlığı üçün ciddi təhlükə yaradır. Son zamanlar Ticarət Nazirliyinə ana südünün ayrı-ayrı şəxslər tərəfindən kommersiya malına çevrildiyi və müxtəlif platformalarda, xüsusilə feysbuk və instaqram kimi rəqəmsal platformalarda satışa təqdim edildiyi barədə müxtəlif bildirişlər daxil olub. Bu vəziyyətin səbəb ola biləcəyi sağlamlıq risklərini nəzərə alaraq edilən qiymətləndirmələr nəticəsində, ictimai sağlamlığı və istehlakçıları qorumaq üçün Ticarət Nazirliyi qərara alır: 6563 saylı Elektron Ticarətin Tənzimlənməsi haqqında Qanun və 6585 saylı Pərakəndə Ticarətin Tənzimlənməsi haqqında Qanuna uyğun olaraq; Bu qadağaya zidd hərəkət edən şəxslərə, ana südü satanlara, reklam və təqdimat fəaliyyətləri ilə məşğul olanlara və rəqəmsal mühitdə bu prosesə vasitəçilik edən platformalara, hər pozuntuya görə 684.214 TL-yə qədər inzibati pul cəzası tətbiq edilə bilər. Əhalinin sağlamlığını qorumaq üçün qəbul edilən bu qərara əməl etmək vacibdir” ifadələri yer alıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya