Qarabağ veteranı dənizdə batan ana və qızını xilas etdi
08:56 13.08.2020
Cəmiyyət
510
Bakı Ali Neft Məktəbinin Bədən Tərbiyəsi və İdman kafedrasının Baş müəllimi Pyotr Anatolyeviç Kuvşinov Xəzər dənizinin sahilində, Şimali DRES bölgəsindəki “Mayak” çimərliyindən bir qədər aralıda batmaq təhlükəsi ilə üz-üzə olan iki nəfəri xilas edib.
Ali Məktəbdən verilən məlumata görə, Pyotr Kuvşinov güclü küləyə və yorulmasına rəğmən, həyat yoldaşının köməyi ilə batmaqda olan ana və qızını xilas edə bilib.
Köməyə üç nəfərin ehtiyacı olsa da, güclü şimal küləyi onları sahildən xeyli uzaqlaşdırdığından ailə başçısını xilas etmək mümkün olmayıb. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, təəssüf ki, onu xilas edə bilməyiblər.
Qeyd edək ki, Pyotr Kuvşinov su polosu üzrə idman ustası, eləcə də Qarabağ müharibəsi veteranıdır. O, son illər ölkəmizdə keçirilən qlobal idman tədbirlərində də təcrübəli məşqçi kimi iştirak edib.
Belə ki, Birinci Avropa Oyunlarında texniki məsul şəxs, Dördüncü İslam Həmrəylik Oyunlarında Su Polosu üzrə Azərbaycan Milli komandasının məşqçisi kimi sertifikatlara da layiq görülüb.
1992-ci ildə Qarabağ uğrunda Vətən müharibəsinə könüllü olaraq qoşularaq, 1996-cı ilə qədər erməni işğalçılarına qarşı igidliklə vuruşan Pyotr Kuvşinov ağır yaralanaraq ordudan tərxis olunub.
O, bu gün də bədənində düşmən güllələrinin qəlpələrini gəzdirir. İki il əvvəl xərçəng diaqnozu qoyulan Pyotr Kuvşinov 12 kimyaterapiya müalicəsi aldıqdan sonra 63 yaşında xəstəliyə qalib gələ bilib.
O, iki illik reabilitasiyadan sonra ilk dəfə istirahət etmək üçün çimərliyə üz tutub və özünü təhlükəyə atmasına baxmayaraq, insanların həyatını xilas etməyə nail olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
20:58 10.09.2026
Hadisə
Ukrayna Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır
20:16 10.09.2026
Dünya
Nyu-Yorkda Əkiz Qüllələr 2977 işıq saçan dronla eskizləndirilib
19:50 10.09.2026
Gündəm
Binəqədidə bu yol bağlanır
19:30 10.09.2026
Cəmiyyət
"Botafoqo" Hakim Ziyeşi transfer edib
19:22 10.09.2026
Futbol
SALATIN ƏHMƏDLI: KLASSİKLƏŞMƏNİN TİPİKLİK MODELİ
19:14 10.09.2026
Ədəbiyyat
Livan və Kipr prezidentləri ilə görüşmək istəyirəm - Hersoq
18:54 10.09.2026
Aktual
Ukrayna Rusiya və Belarusla sərhəddə xüsusi rejim tətbiq edib
18:47 10.09.2026
Dünya
Şəmkirdə istixanada yanğın olub
18:40 10.09.2026
Hadisə
"Qalatasaray"ın sabiq ulduzu Braziliya klubuna keçdi
18:25 10.09.2026
Futbol
Fransanın regiondakı maraqları daha da təhlükə altına düşür - ŞƏRH
18:20 10.09.2026
Aktual
Ərdoğan Trampın xüsusi nümayəndəsi ilə gizli görüş keçirib
18:18 10.09.2026
Gündəm
Ukrayna gəmilərini məhv edəcəyik - Peskov
17:59 10.09.2026
Dünya
NATO Rusiyanın təxribat planının qarşısını alıb
17:42 10.09.2026
Dünya