“Fikrimcə , NRYTN tənzimləyici funksiyasından istifadə edərək Qarabağda , işğaldan azad edilmiş ərazilərdə hər üç mobil operator üçün yalnız bir şəbəkə infratrukturun və vahid ötürücülərin qurulmasını tövsiyyə edə bilər. Yəni, çətin relyefi olan, hələlik təhlükəli hesab olunan ərazilərdə, dağlarda 2 ötürücü qüllənin və ya 2 ayrı quraşdırma işlərinin görülməsi əlavə xərclər və əlavə risklər yaradır.
"Qarabağda mobil infrastrukturun qurulmasına fərqli yanaşmaq lazımdır”
- Osman Gündüz
13:35 13.12.2020
Cəmiyyət
695
“Bu gün artıq rəsmi olaraq açıqlandı ki , Hadrut qəsəbəsi yaxınlığında mobil ötürücülərin quraşdırılması zamanı 1 hərbi qulluqçu həlak olmuş və “Azercell” şirkətinin əməkdaşı ağır yaralanıb. Terror aktı dekabrın 8-də baş verib. Düşünürəm ki, Qarabağda mobil infrastrukturun qurulmasına bir qədər fərqli yanaşmaq doğru olardı”.
Sherg.az-ın məlumatına görə, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. O qeyd edib ki, hazırda ölkə üzrə real vəziyyət elədir ki, Bakcell və Nar-ın vahid mobil şəbəkəsi var, Azercell-in şəbəkəsi isə fərqlidir:
“Fikrimcə , NRYTN tənzimləyici funksiyasından istifadə edərək Qarabağda , işğaldan azad edilmiş ərazilərdə hər üç mobil operator üçün yalnız bir şəbəkə infratrukturun və vahid ötürücülərin qurulmasını tövsiyyə edə bilər. Yəni, çətin relyefi olan, hələlik təhlükəli hesab olunan ərazilərdə, dağlarda 2 ötürücü qüllənin və ya 2 ayrı quraşdırma işlərinin görülməsi əlavə xərclər və əlavə risklər yaradır.
Eyni zamanda, fikrimcə keçmiş "Karabakh Telecom" mobil şəbəkəsinin resurslarından, ötürücü avadanlıqlarından və işğaldan azad olunan rayonlardakı resurslarından da hər üç operatorumuzun bərabər əsaslarla istifadəsi üçün NRYTN-nin şərait yartması doğru olardı”.
O.Gündüz əlavə edib ki, Qarabağda yol infrastrukturunun qurulduğu bir zamanda, paralel olaraq , alternativlik prinsipi təmin olunmaqla, yeraltı telekommunikasiya infrastruktutunun quraşdırılması da zəruridir:
“Alternativliyin təmin edilməsi gələcəkdə daha keyfiyyətli və dayanıqlı rəqəmsal xidmətin inkişafına kömək olacaq. Özəl sektorun bu proseslərə cəlb edilməsi üçün hökumət tərəfindən güzəştli addımların atılması vacibdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya