Qaracalar kəndinin giriş-çıxışı bir nəfərə görə bağlanıb
Turan
06:23 29.07.2020
Cəmiyyət
735
Azərbaycanlılar yaşayan başqa bölgələrdə isə karantin tətbiq olunmur, hamı normal iş-gücü ilə məşğuldur
Gürcüstanın Qardabani rayonunun azərbaycanlılar yaşayan Qaracalar kəndində sərt karantin rejimi tətbiq olunub. Koronavirus epidemiyasının yayılması ilə əlaqədar kəndə giriş-çıxış məhdudlaşdırılıb, ərazidə polis postları qurulub.
Qardabani rayonunun meri Ramaz Budaqaşvilinin sözlərinə görə, son 24 saat ərzində Qaracalar və Birlik kəndlərində koronavirusa 2 yoluxma halı qeydə alınıb. Əhalinin kütləvi termoskrininq və PSR testindən keçirilməsi prosesi davam edir.
Qardabanidə indiyədək koronavirusa 41 yoluxma qeydə alınıb. Kənd sakinləri karantin rejiminin geri qayıtmasından təşvişə düşüblər. Hətta bu addımda bəd niyyət axtaranlar da olub. Bəziləri iddia edib ki, gürcü hökuməti sadəcə azərbaycanlılar yaşayan bölgələrdə karantin rejimi tətbiq edir.
Soydaşlarımızın narahatlığı ilə bağlı “Şərq”ə danışan “Qeyrət” Xalq Hərəkatının rəhbəri Əlibala Əsgərov deyib ki, Gürcüstanda pandemiya ilə mübarizə aparan rəsmilər ölkə üzrə sərt karantin rejiminin yenidən tətbiq olunmayacağını deyiblər. Ə.Əsgərovun sözlərinə görə, ölkə daxilində yoluxanlar çox olmadığı üçün karantinə ehtiyac duyulmur:
“Sadəcə vurğulanır ki, xaricdən gələn adamlarda koronavirus aşkarlanarsa, müəyyən bölgələrdə sərt karantin tətbiq edilə bilər. Qaracalar kəndində sərt karantin rejimi əhali arasında müəyyən narazılıq və təşviş yaratdı. Amma bu, müvəqqəti xarakter daşıyır, soydaşlarımız səbrli olmalıdır. Burada hər hansı qərəzli davranışdan söhbət gedə bilməz. Yəqin ki, Qaracalar kəndinə də kənardan gələnlər olub və onların test cavabı müsbət çıxıb. Məhz ondan sonra kəndə giriş-çıxış bağlanılıb, sakinlərdən testlər götürülüb. Narahatlığa əsas yoxdur. Sadəcə 1 nəfərdə testin cavabının müsbət çıxdığı deyilir. Azərbaycanlılar yaşayan başqa bölgələrdə isə karantin tətbiq olunmur, hamı normal iş-gücü ilə məşğuldur. Gürcüstanda pandemiya ilə mübarizə aparan qurumlar yaxşı işləyir. Qısa vaxtda problem aradan qalxacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm