Əzəli yurd yerimiz olan Qaraçöp mahalının ürəyi əsgərlərimizlə birgə döyünən camaatı öz zəhmətləri ilə ərsəyə gətirdikləri qoyunları sovqat olaraq Azərbaycana göndəriblər.
Qaraçöpdən Azərbaycan əsgərinə 610 baş qoyun sovqatı
Məlahət Rzayeva
05:24 03.11.2020
Cəmiyyət
858
Nəriman Əbdürrəhmanlı: "Qaraçöp Azərbaycan ruhunun ayrılmaz bir parçasıdı"
Qaraçöplü həmvətənlərimiz Azərbaycan əsgərinə 610 baş qoyun sovqat göndəriblər. Azərbaycanın Gürcüstandakı səfirliyinin köməyi ilə sovqat Silahlı Qüvvələrə Yardım Fonduna təhvil verilib. Qaraçöplü soydaşlarımızın bu ərmağanı bu gün cəbhədə, erməni silahlıları ilə Vətən savaşı aparan, torpaqlarımızı düşmən tapdağından azad edən qəhrəman əsgərlərimizə çatdırılacaq. Hər kəsə məlumdur ki, Azərbaycan Ordusunun təchizatı ən yüksək səviyyədədir. Lakin xalqımız, dünyanın hansı hissəsində yaşayırsa, yaşasın, canı ilə, qanı ilə orduya bağlılığını sübut edir.
Əzəli yurd yerimiz olan Qaraçöp mahalının ürəyi əsgərlərimizlə birgə döyünən camaatı öz zəhmətləri ilə ərsəyə gətirdikləri qoyunları sovqat olaraq Azərbaycana göndəriblər.
Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı bununla bağlı sosial şəbəkədə ürək sözlərini yazaraq paylaşım edib:
- Gürcüstandan, əzizlərimiz yaşayan doğma Qaraçöp mahalından Azərbaycanın şanlı ordusuna yardım gətirən maşın karvanını görəndə gözlərim doldu. Məni millətin birliyi və gücünü görmək qədər xoşbəxt edən və təsirləndirən başqa bir şey yoxdur. Eşq olısun, Gürcüstan türklərinə, eşq olsun Qaraçöplü qardaşlarımıza!
Əslən Qaraçöp mahalından olan yazıçı-publisist Nəriman Əbdürrəhmanlı da “Şərq”ə açıqlamasında Gürcüstan ərazisində yaşayan soydaşlarımızın ürəyinin hər zaman Azərbaycanla bir döyündüyünü dedi:
- Bu, qaraçöplülərin birinci yardımı deyil. Qaraçöplülərin ürəyi həmişə Azərbaycanla bir döyünüb. Qanlı 20 Yanvar faciəsində qaraçöplülər Azərbaycana böyük yardım göstərmişdilər. Azərbaycanın ən ağır vaxtlarında özlərini bu Vətənin bir parçası hesab edib əllərində gələn köməyi, yardımı əsirgəməyiblər. İndi də döyüşən ordumuz, əsgər balalarımız üçün 610 baş qoyun göndəriblər və bu sovqat Bakıdakı “Qaraçöp” Xeyriyyə Cəmiyyəti vasitəsilə Silahlı Qüvvələrə Yardım Fonduna təhvil verilib. Yəni o sovqatın sərhəddə qarşılanması, Bakıya gətirilməsi “Qaraçöp” Xeyriyyə Cəmiyyətinin iştirakı ilə olub. Eyni zamanda Azərbaycanın Gürcüstandakı səfirliyi də prosesdə fəal iştirak edib. Əks halda indiki həssas şəraitdə sovqatın sərhəd-keçid məntəqəsindən keçirilməsi çox çətin olardı. Ona görə səfirliyimizə dərin təşəkkür edirəm.
N.Əbdürrəhmanlı bildirdi ki, qaraçöplülərin Azərbaycan əsgərinə bu sovqatı qürurvericidir:
- Qaraçöplülərin əllərindən gələn köməyi göstərmələri xalqımızın birliyinin timsalıdır və xalqın bütövlüyünü, qələbə əzmini göstərir. Qaraçöplülər bu sovqatları ilə Gürcüstandakı əzəli yurd yerlərimizlə Azərbaycan arasında əsl körpü rolunu oynayırlar. Qaraçöplülər arasında Qarabağ savaşında şəhidlik zirvəsinə ucalanlar, yaralananlar da var, orden, medal alanlar da. Bu mahalın girəcəyində Qarabağ müharibəsi qəhrəmanlarına abidə qoyulub. Qaraçöplülər həmişə, tarixin bütün dövrlərində mənəvi kökə bağlılığı, milli yaddaşı qoruyub saxlayıblar. Qaraçöp Azərbaycan ruhunun ayrılmaz bir parçasıdı. Əlbəttə, hamımız bu gün ancaq qələbə xəbərləri gözləyirik. Gözümüz ekranda, qulağımız səsdədi. Ordumuzun zəfəri cənab Prezidentin dövlətlə xalqın iradəsini bir araya gətirməsinin nəticəsidi.
Türkiyənin Bakıda səfərdə olan Xarici işlər naziri Mövlud Çavuşoğlu da Prezidentimizə xitabən dedi ki, siz türkün böyüklüyünü bir daha göstərdiniz. Odur ki, hamımız, körpədən-böyüyə qələbə xəbərlərini, Şuşamıızın düşmən tapdağından azad ediləcəyi günü gözləyirik.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət