Qardaşımız yaralarımızı sarıyacaq: Türkiyədən 20 nəfər klinik-psixoloq və psixoterapevt dəvət olunub
11:43 20.01.2021
Cəmiyyət
482
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında aparılan 44 günlük Vətən müharibəsi Azərbaycan ordusunun tam qələbəsi ilə başa çatdı və erməni təcavüzünə son qoyuldu.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Sherg.az-a verilən məlumata görə, müharibənin törətdiyi fəsadlar qazilərimizə, o cümlədən doğmalarını itirmiş şəhid ailələri, terror aktlarından fiziki-mənəvi zərər görmüş insanlara öz mənfi təsirini göstərib. Belə ki, bu faktorlar insanlarda posttravmatik stress pozuntusu, depressiya, ünsiyyətdə çətinlik, suisidal fikirlər, aqressiya, zərərli vərdişlərdən asılılıq və digər bu kimi halların yaranmasına səbəb olur.
Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyi “112” qaynar telefon xətti vasitəsilə vətəndaşlarımıza 24 saat fasiləsiz təcili psixoloji yardımın göstərilməsi fəaliyyətini davam etdirir.
Bununla yanaşı, müharibənin fəsadları nəticəsində psixi problemlər yaşayan vətəndaşların psixoloji reabilitasiyasının səmərəli təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən Türkiyə Respublikasından 20 nəfər klinik-psixoloq və psixoterapevt dəvət olunub. Qazilərin, şəhid ailəsi üzvlərinin, terror aktlarından fiziki-mənəvi zərər görmüş insanların psixoterapevtik müalicəsinin təşkili məqsədilə həmin mütəxəssislərin azərbaycanlı məsləkdaşları ilə birgə fəaliyyət göstərməsi nəzərdə tutulub. Səfər zamanı həmçinin mütəxəssislər arasında təcrübə mübadiləsi aparılacaq. Vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə zəng edərək mütəxəssislərlə görüş vaxtını təyin edib ödənişsiz şəkildə müvafiq psixoterapevtik yardım ala bilərlər.
"İnanırıq ki, bir-birimizə mənəvi dəstək olaraq müharibənin qoyduğu fəsadları tezliklə aradan qaldıracağıq", - deyə FHN-nin məlumatında bildirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm