"Qarşımızda böyük vəzifələr durur"
07:58 04.12.2020
Cəmiyyət
568
Ceyhun Məmmədov: "Hər kəs müharibə dövründə olduğu kimi, çalışdığı sahədə öz töhfəsini verməlidir"
"Düşmən üzərində möhtəşəm qələbədə bir çox amillər ciddi rol oynadı. Bunlardan biri də yumruq kimi birliyimiz və həmrəyliyimiz idi. Bu da məlumdur ki, tarixin müəyyən dönəmlərində məğlubiyyətimizdə birlik və həmrəyliyimizin güclü olmaması ciddi rol oynayıb. İndi isə qarşımızda daha böyük vəzifələr durur. Bu birlik və həmrəyliyimizi qoruyaraq daha güclü olmaq, işğaldan azad etdiyimiz bölgələrdə quruculuq işlərini uğurla həyata keçirmək. Hər birimiz birlik və həmrəyliyimizi qoruyaraq ölkəmizin daha da inkişafı üçün bütün gücümüzlə çalışmalıyıq".
Bu sözləri "Şərq"ə açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib. Millət vəkili bildirib ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız böyük əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi: "İkinci Qarabağ savaşında düşmən hər cür təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətdi. 1905, 1918 və 1988-ci illərdə də ermənilər bu cür cinayətləri müxtəlif formalarda törətmişdilər. Məşhur bir ifadə var:
“Tarix təkrarlanır”. Bəzən tarix o zaman təkrarlanır ki, ondan nəticə çıxarılmır. Bu anım gününün təsis olunması və hər il qeyd olunması bu vəhşiliklərin və təxribatların unudulmaması baxımından xüsusi əhəmiyyət daşıyır.
Noyabrın 8-nin ölkəmizdə hər il Zəfər Günü kimi qeyd olunmasına gəldikdə isə Sərəncamda da qeyd olunduğu kimi, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin möhtəşəm qələbəsini təmin etdi. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı".
C.Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin böyük uzaqgörənliyi, xüsusi diqqət və qayğısı ilə dövlətimiz ölkəmizin daha da güclü olması üçün üzərinə düşən hər bir vəzifəni uğurla icra edir və hər zaman edəcəkdir:
"Hazırda qarşımızda böyük vəzifələr durur. Hər birimiz ölkəmizin daha da güclü olması üçün bütün gücümüzlə çalışmalıyıq. Hər kəs müharibə dövründə olduğu kimi, çalışdığı sahədə öz töhfəsini verməlidir.
Azərbaycanın güclənməsini gözü götürməyənlər yeni təxribatlar törətməyə çalışacaqlar. Bu baxımdan hər an ayıq-sayıq olmağımız, bütün gücümüzlə çalışmağımız xüsusi önəm daşıyır.
Bu gün güclü olmağın əsas şərtlərindən biri də elmi potensialımızın və iqtisadiyyatımızın daha da gücləndirilməsidir. Bu günün gəncləri gələcəyin idarəçiləridir.
Ona görə gənclərimiz dərin savad və biliyə malik olmaq, dil biliklərini, dünyagörüşlərini zənginləşdirmək, analitik təfəkkürə malik olmaq üçün böyük səylə çalışmalı, daima üzərlərində işləməlidirlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə