Qatilə çevrilən qadınlar ! - Zərifləri kobudlaşdıran müdhiş “sirr”lər.. .
Fidan Həmişəyeva
14:54 26.08.2020
Cəmiyyət
734
“Cinayəti törətməyə sövq edilən qadınlar da var”
“Məsələn, bir qadın tanıyırdıq ki, yoldaşı onu daim döyürdü”
“İllər ərzində o qadın hər cür şiddətlərə məruz qalıb. Sonda isə yoldaşını öldürdü”
Ötən il Azərbaycanda 1039 qadın cinayət törədib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, qadınlar ən çox oğurluq ediblər. 2019-cu ildə ölkədə cinayət törədən 1039 qadından 11 nəfəri adam öldürüb, bir nəfər isə öldürməyə cəhd edib. Eyni zamanda cinayət törədən qadınların 137-si oğurluğa, 100-ü dələduzluğa, 97-si narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə, 58-i yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaya, 46-sı xuliqanlığa, dördü rüşvətxorluğa görə məsuliyyətə cəlb ediliblər.
Qadınları cinayətə sövq edən səbəbləri “Sherg.az”a şərh edən “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Mehriban Abdullayeva bildirib ki, cinayəti törədən hər bir şəxs istər-istəməz sonradan peşman olur:
“”Səhv etmişəm” deməklə heç nə dəyişmir. “Daldan atılan daş topuğa dəyər” deyiblər. Müxtəlif hadisələrlə rastlaşırıq. Qadın koloniyasında görüşlər keçirən zaman müxtəlif cinayətlər törədən qadınlar var idi. Onların hamısı əməllərindən peşimandır. Cavan qızlarımız, yaşlı xanımlarımızla söhbət aparanda öz səhvlərini etiraf edirlər. Müxtəlif əməllər törədənlər-cibgirlər, ərlərini öldürənlər və.s məhbuslar var idi. Bəzən deyirik ki, “qadındır, anadır, övladı var”. Amma söhbət cinayətdən gedir. Hadisə baş verəndən sonra təbii ki, hər kəs cəzasını çəkməlidir”.
Birlik sədrinin sözlərinə görə, cinayəti törətməyə sövq edilən qadınlar da var:
“Məsələn, bir qadın tanıyırdıq ki, yoldaşı onu daim döyürdü. İllər ərzində o qadın hər cür şiddətlərə məruz qalıb. Sonda isə yoldaşını öldürüb. Bu cür dəhşətli hallar da baş verir”.
M.Abdullayeva vurğulayıb ki, insanlar ən kritik məqamda belə sakit başla düşünməlidirlər:
“Qadın təşkilatı olaraq müxtəlif problemlə qarşılaşan qadınlar bizə müraciət edir. Hər zaman qadınlara deyirəm ki, “Yoldaşın üstünə bıçaq çəkirsə, bir gün səni öldürə də bilər”.
Bunların hamısı yığılaraq böyük problemə çevrilir. Sonda qadın kişini yaxud da əksinə kişi qadını öldürür. Ona görə də cinayətin baş verməməsi üçün əvvəlcədən ölçüb-biçmək lazımdır.
Hadisə yaşanandan sonra isə qadın ya da kişi fərq etməz, cinayət törədən şəxs cəzasını çəkməlidir. Qanun hər kəs üçün eynidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Livan prezidenti: "Ordumuz İsraillə sərhəddə yerləşdiriləcək"
23:59 29.06.2026
Dünya
DÇ-26: Braziliya 1/8 finala çıxıb
23:21 29.06.2026
Futbol
Məmməd İsmayılın doğma kəndində bürüncdən büstü ucaldılıb
22:45 29.06.2026
Ədəbiyyat
Kadir İnanırın vəsiyyəti açıqlandı
22:19 29.06.2026
Şou
Yapon yeni dollara qarşı son 40 ildə ən aşağı səviyyəyə enib
22:04 29.06.2026
İqtisadiyyat
“Mançester Siti”nin yeni baş məşqçisi bəlli oldu
21:34 29.06.2026
Futbol
Katz: İsrail sabah İranla müharibəyə başlaya bilər
21:17 29.06.2026
Dünya
Sabah bu ərazilərdə qaz olmayacaq
20:46 29.06.2026
Cəmiyyət
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol