“Qaydalara məsuliyyətsiz yanaşanlar risk faktorudur”
Şəymən Bayramova
12:38 07.07.2020
Cəmiyyət
692
“Koronavirusla mübarizədə müsbət nəticənin əldə olunması vətəndaşıarın məsuliyyətli davranışından asılıdır"
"Çox gərgin günlər yaşayırıq. Pandemiya bütün dünyanı bürüyüb. İnsanlarımız son dərəcə ehtiyatlı olmalı və Operativ Qərargahın tövsiyyələrinə əməl etməlidir".
Bu sözləri karantin rejiminin sərtləşdirilməsi ilə bağlı "Sherg.az"a açıqlama verən Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqov deyib. Hökumətin koronavirusla mübarizə sahəsindəki strategiyasını müsbət dəyərləndirən politoloq qeyd edib ki, dünyada “COVİD-19” infeksiyası yayılmağa başladığı ilk dövrdən, xüsusilə virusun ölkəmizin sərhədlərinə yaxınlaşdığı ilk günlərdən başlayaraq Azərbaycan hakimiyyəti çevik və bütün isytiqamətlər üzrə ciddi tədbirlər həyata keçirməyə başladı:
"Pandemiya regiona ayaq açanda Azərbaycan dövləti sərhədlərin bağlanması ilə bağlı qərar verdi. Daha sonra tətbiq edilən karantin rejimi sayəsində ölkəmiz bu virusun yayılmasının total xarakter almasının qarşısını ala bilib. Məhz görülən işlərin nəticəsidir ki, dünyanın ən inkişaf etmiş ölkələrində yaranmış acınacaqlı vəziyyət Azərbaycanda müşahidə olunmadı. Bu gün istər yoluxma, istərsə də vəfat edənlərin sayına görə Azərbaycan ən yaxşı nəticələr nümayiş etdirib. Ölkəmizin bu istiqamətdə gördüyü işlər dəfələrlə ÜST, ayrı-ayrı beynəlxalq qurumlar, dövlət və hökumət başçıları tərəfindən xüsusi qeyd edilib".
R.Qonaqovun sözlərinə görə, vətəndaşların istəklərini nəzərə alan Operativ Qərargah aprel ayının sonundan mərhələli şəkildə karantin rejimini yumşaltmağa başladı:
" Çox təəssüf ki, bir çox vətəndaşlar Operativ Qərargahın bu qərarını artıq pandemiyanın bitməsi kimi başa düşdülər və tövsiyələrə əməl etmədilər. Bu səbəbdən də, son vaxtlar infeksiyaya yoluxma halları artmağa başlayıb".
Əhali arasında koronavirusa inamsızlıq olduğunu vurğulayan ekspert deyib ki, statistik nəticələrin yüksək olmasına rəğmən vətəndaşlar hələ də qoruyucu maskalardan istifadə etmir. Sosial məsafəni gözləyən insanların sayı da çox azdır:
"İctimai nəqliyyatda, qapalı məkanlarda maskalardan istifadə etməmək, koronavirusa yoluxmuş qohumların və qonşuların ziyarəti, dəfn mərasimlərinin, müxtəlif məclislərin təşkilinə dair faktların şahidi oluruq. Əgər insanlar qaydalara əməl etməsə, arzuolunan nəticəni əldə etmək mümkün olmayacaq. Bu səbəbdən karantin rejiminin sərtləşməsinə ciddi zərurət vardı. Hər nə qədər Azərbaycan cəmiyyəti koronavirusun yayılmasının qarşısını almaq üçün həyata keçirilən məhdudiyyət tədbirlərini anlaşıqla qarşılayıb, məsuliyyət, nizam-intizam göstərsə də, qaydalara məsuliyyətsiz yanaşan insanlar hər birimiz üçün risk faktorudur. Bu mənada hazırkı dövrdə koronavirusla mübarizədə müsbət nəticənin əldə olunması təkcə hökumətin, Operativ qərargahın fəaliyyətindən deyil, həm də bütövlükdə cəmiyyətimizin, hər bir vətəndaşın məsuliyyətli davranışından asılıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kristian Eriksen Ukrayna ilə oyunda huşunu itirib
22:45 07.06.2026
Futbol
Tramp jurnalistə əsəbləşib, müsahibəni yarımçıq kəsdi
22:28 07.06.2026
Hadisə
Ağdaşda su kanalında kişi meyiti tapılıb
22:09 07.06.2026
Hadisə
Tramp: ABŞ və İran sazişin imzalanmasına çox yaxındır
21:40 07.06.2026
Gündəm
Bu, Türkiyəyə milyardlar qazandırdı - Ərdoğan
21:28 07.06.2026
Region
Millimiz Estoniyanı məğlub etdi
20:47 07.06.2026
İdman
İran istənilən hücuma cavab verəcək - Bəqai
19:56 07.06.2026
Region
Tramp: İranla saziş üçün Livan şərt deyil
19:40 07.06.2026
Dünya
Fransa Kiprdə qoşun yerləşdirəcək
19:27 07.06.2026
Dünya
Şamaxıda zəlzələ baş verdi
18:19 07.06.2026
Hadisə
İspaniyada dini ayinə bir milyondan çox insan qatıldı
17:52 07.06.2026
Dünya
HƏMAS komandirlərini məhv edirik - Netanyahu
17:37 07.06.2026
Dünya
9-cu mikrorayonda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB
16:57 07.06.2026
Hadisə
9-cu mikrorayonda yaşayış binasında yanğın başlayıb
16:44 07.06.2026
Hadisə