“Qaydalardan kənara çıxmaq cinayətdir” - Göstərişlərə əməl edin!
Banuçiçək Kalbalıyeva
09:08 05.04.2020
Cəmiyyət
874
“Bəzən insanlar infeksiyaya yoluxduqlarını bilmirlər. Nəticədə çəkinmədən digərləri ilə təmasda olub xəstəliyi yayırlar”
Son günlər Azərbaycanda koronavirusa yoluxanların sayı artıb. Aprelin 4-nə olan məlumata görə, bu göstərici 555-ə yüksəlib. Testlərin sayının çoxaldılmasının, xarici ölkələrdən tibbi laboratoriyaların gətirilməsinin infeksiya daşıyıcılarının sayının müəyyənləşməsində mühüm rolu var. Əgər ilk günlər ölkədə 200-300 test keçirilirdisə, artıq 35 mindən çox test aparılıb. İmkanların genişlənməsi yoluxma hallarını müəyyənləşdirmək üçün imkanları artırıb. Azərbaycan yeni, ən müasir standartlar səviyyəsində olan əlavə tibbi laboratoriyalar alıb.Xaricdən gələn və karantinə yerləşdirilən şəxslərlə bağlı bir neçə mərhələdə test aparılır. Son bir həftə ərzində keçirilən testlər xaricdən gələn çoxlu sayda insanda yoluxma faktını təsdiq edir. İlkin dövrdə infeksiya yalnız xaricdən gələn şəxslərdə aşkarlanırdı. Amma indiki halda həm də ölkə daxilində insanların bir-birini yoluxdurması halları qeydə alınır.
Məsələ ilə bağlı "Sherg.az"a fikir bildirən həkim, Azərbaycan Demokrat Partiyasının Sədri, siyasətçi Sərdar Cəlaloğlu yoluxanların sayının müəyyənləşməsinin müsbət nəticə olduğunu söyləyib:
"Əvvəla, onu deyim ki, vətəndaşlar məsuliyyətsizdirlər. Hökumətin göstərişlərinə birmənalı şəkildə əməl etmək lazımdır. Qaydalardan kənara çıxmaq faktiki cinayətdir. Amma etiraf etməliyik ki, bəzən insanlar infeksiyaya yoluxduqlarını bilmirlər. Nəticədə çəkinmədən digərləri ilə təmasda olub xəstəliyi yayırlar. Ona görə də testlər aparılmalıdır ki, daşıyıcıların sayı dəqiq müəyyənləşsin və həmin insanlar karantinə alınsınlar. Daxili yoluxmaların olması pisdir. Çox sərt məhdudiyyətlər tətbiq edilməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada qadın hərbçilər üçün hərbi xidmətdə yaş həddi artırılır
22:20 09.10.2026
Region
İran ABŞ və İsrailin zərbələrinə güclü cavab verəcəyini açıqladı
22:05 09.10.2026
Dünya
Kilosu 800 minə satılır: İlk gündə 15 zəfəran çiçəyi açdı
21:28 09.10.2026
Maraqlı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
21:11 09.10.2026
Hadisə
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
21:00 09.10.2026
Hadisə
İran MDB-yə yaxınlaşır, Moskvanın mövqeyi həlledici olacaq - ŞƏRH
20:50 09.10.2026
Gündəm
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
19:50 09.10.2026
Hadisə
Montella Türkiyə millisindən göndərilib
19:42 09.10.2026
Futbol
Çin ABŞ-ni hədələdi
19:26 09.10.2026
Dünya
Rubio müttəfiqləri BCM-ə qarşı ABŞ-ın yanında olmağa çağırıb
19:12 09.10.2026
Dünya
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq edir
18:53 09.10.2026
Dünya
Ukrayna Rusiya hava məkanını bağlamağa başladığını elan edib
18:50 09.10.2026
Dünya