Qaz tullantıları 2030-cu ilədək istiliyi 1,5 dərəcədən çox artıracaq
05:37 28.02.2021
Cəmiyyət
573
Bir neçə ölkədən və BMT-dən olan alimlər belə qənaətə gəliblər ki, karbon qazı tullantılarının azalmasının indiki templəri ilə Yer kürəsində temperatur 1,5 dərəcədən çox artacaq. Tədqiqatçılar bu vəziyyəti “qırmızı xəbərdarlıq” adlandırırlar.
Sherg.az AZƏRTAC-a istinadla xəbər verir ki, alimlərin beynəlxalq komandası hesab edib ki, ölkələr karbon tullantılarının miqdarının azaldılması üzrə sərt siyasət yürütməyə başlamazlarsa, planet 1,5 dərəcədən çox isinəcək. Onların məlumatlarına görə, hökumətlər 2030-cu ilə qədər tullantıları iki dəfə azaltmalıdır ki, Yer “təhlükəsiz” 1,5 dərəcə kandarında qalsın.
Lakin, onların fikrincə, BMT-yə təqdim olunan milli strategiyalara əsasən, emissiyalar yalnız 2030-cu ilə qədər sabitləşəcəkdir. BMT Baş katibi Antonio Guterres, bu vəziyyəti Yerin gələcəyi üçün “qırmızı həyacan” adlandırıb.
“Məlumatlar göstərir ki, hökumətlərdən heç biri iqlim dəyişikliyini tələb olunan 1,5 dərəcəyə qədər məhdudlaşdıraraq Paris Sazişində nəzərdə tutulan səviyyəyə yaxınlaşmayıb”, - deyə o qeyd edib.
Alimlərin fikrincə, emissiyalar iki dəfə azaldılmalıdır, lakin hazırkı vəziyyətdə bu kifayət deyil. Tədqiqatçıların qeyd etdiyi kimi, bəzi ölkələr hətta iqlim planını da təqdim etməyiblər. Digərləri isə, məsələn, Avstraliya, əvvəlki islahatlarla müqayisədə irəliləyişlər təklif etmədiklərini düşünürlər
Bununla yanaşı, Meksika və Braziliya emissiyaların sayını praktiki olaraq azaltmadıqları üçün tənqid olunurlar. Eyni zamanda, Avropa İttifaqı ölkələri, emissiyaları 40 faizdən 55 faizə qədər azaldaraq daha böyük sıçrayışa nail olublar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya