Qazi dəyişikliyi alqışladı: “Hərbçilərin övladlarına müavinətlər...”
Fidan Həmişəyeva
09:56 31.12.2020
Cəmiyyət
783
“Müharibə zamanı Vətənə yardım etmək üçün öz canını təhlükəyə atan oğullarımız var”
“Bu baxımdan onların övladları üçün sosial müavinətlərin verilməsi çox gözəl addımdır”
Müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslərin uşaqlarına müavinət veriləcək.
“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.
“Sherg.az”xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.
Dəyişikliyə əsasən, bundan sonra müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslərin uşaqlarına müavinət veriləcək. Müavinətin verilməsi həmin şəxsin həqiqi hərbi xidmətdə olduğu müddəti əhatə edir.
Bu Qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.
Qarabağ qazisi, ehtiyatda olan gizir Natiq Mehdiyev “Sherg.az”a bildirib ki, bu, çox gözəl təşəbbüsdür:“Lakin qanunvericilikdə belə bir məqam var: Məsələn, hərbçi hərbi qulluğunu bitirən kimi onun uşaq pulu müavinəti kəsilir. Kimsə hərbidən imtina edir və bu sahədə işləmək istəmir deyə bu yardımdan məhrum ola bilər. Amma ümumilikdə bu məsələlərə yenidən baxılmalıdır. Çünki elə qazilərimiz olur ki, sona qədər döyüşmək istəsə də, səhhətləri imkan vermir və hərbi qulluqlarını başa vururlar. Lakin bu şəxslərin övladları üçün sosial yardımlar edilməlidir”.
N.Mehdiyev qeyd edib ki, neçə il xidmət edilməsindən asılı olmayaraq hərb hər zaman yüksək peşələrdən biridir:
“Müharibə zamanı Vətənə yardım etmək üçün öz canını təhlükəyə atan oğullarımız var. Bu baxımdan onların övladları üçün sosial müavinətlərin verilməsi çox gözəl addımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi