Qazilərin nəqliyyat problemi həll olunmalıdır
07:09 30.01.2021
Cəmiyyət
598
Elələri var ki, öz imkanları hesabına gərəkli yerlərə gedə bilmirlər
Ölkəmizdə şəhid ailələri, müharibə qaziləri, veteranlar, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, onların problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Lakin bütün bunlara rəğmən qazilərin bəzi problemləri hələ də qalmaqdadır.
Vətən müharibəsi qazilərini düşündürən mühüm məsələlərdən biri də ictimai nəqliyyatdan istifadə ilə bağlıdır. Nəzərə alaq ki, onların əksəriyyəti müayinə və müalicə üçün rayonlardan Bakıya gəlmək məcburiyyətində qalırlar.
Bu da onların gediş-gəlişində həm maddi, həm də fiziki çətinliklər yaradır.
Tanınmış hüquqşünas, professorFərhad Mehdiyev "Şərq"ə açıqlamasında bildirib ki, qazilərimizin nəqliyyatla bağlı problemlərinin diqqətdə saxlanılmasına çox ehtiyac var:
"Tez-tez qazilərimizi ziyarət edirəm. Onlar arasında bir sıra narazılıqlar var, xüsusilə də nəqliyyat strukruru ilə bağlı. Çünki elə qazilərimiz var ki, müalicə almaq üçün tez-tez Sumqayıtdan Bakıya gəlmək məcburiyyətində olurlar.
Yaxud da ki, hərbi hissəyə gedib hər hansısa bir sənədi imzalamalıdır. Bu da onların gediş-gəlişi üçün xeyli vəsait tələb edir.
Hesab edirəm ki, bunun etibarnamə vasitəsilə həyata keçirilməsi mümkün olmalıdır. Məsələn, bir qazimizi tanıyıram ki, həmin şəxsin ayağında güllə qalıb və çəliklə yeriyir. O mənə bildirdi ki, onu hərbi hissəyə çağırıblar. Həmin şəxs ora öz imkanları hesabına getdi. Düzdür, hay-küy salanlara orada ambulans verirlər.
Amma əlbəttə ki, bu, hay-küylə olmamalıdır. Hesab edirəm ki, gediş-gəlişləri müqabilində onlara ya hərbi hissənin özündən müvafiq ödənişlər edilə, ya da ki, xüsusi nəqliyyat vasitələri ayrıla bilər.
Elə kasıb ailələr var ki, onlar yalnız öz maddi imkanları hesabına gedib müalicə alıb, gəlirlər. Ümid edirəm ki, bu problem tezliklə öz həllini tapacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya