Qazimiz Türkiyədə əməliyyat olunacaq - VİDEO
22:39 21.02.2021
Cəmiyyət
491
Onlar bizim üçün sağlamlıqlarını qurban verdilər. Kimisi ayağını, qolunu, gözünü itirdi Vətən müharibəsində. Onlardan biridir 1994-cü il təvəllüdlü Kamil Hüseynov.
Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılan hərbçimiz Suqovuşan istiqamətində sağ qolundan yaralanıb.
Aldığı güllə yarası nəticəsində qolundakı sinirlər zədələndiyindən dirsəkdən aşağı hissəsində hərəkət qabiliyyətini itirib.
Amma Kamil ölkədəki həkimlərin rəyi nəzərə alınaraq "YAŞAT" Fondunun dəstəyi ilə fevralın 18-də müvafiq müayinə, müalicə və reabilitasiya prosesi üçün Türkiyəyə göndərilib. İstanbulda yerləşən "Anadolu" xəstəxanasında müayinə olunan qazimiz iki gün sonra əməliyyat ediləcək.
Müalicəsi tam yekunlaşana qədər "YAŞAT" Fondu tərəfindən nəzarətdə saxlanacaq hərbçimiz onlara göstərilən dəstəyə görə minnətdarlığını bildirib.
Kamil Hüseynov "Suqovuşanın azad olunmasına görə", " Vətən müharibəsi iştirakçısı" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.
Modern.az Xəzər TV-nin mövzu ilə bağli videomaterialını təqdim edir:
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq