Qəhrəmanları fərqləndirmək olmaz: Mübariz də, Ramil də, Kamil Musəvi də…
Məlahət Rzayeva
13:19 15.02.2020
Cəmiyyət
854
Sosial şəbəkədə bəzən qəhrəmanlarımızın arzuolunmaz şəkildə müqayisəsi aparılır. Milli Qəhrəman Mübariz İbrahimovla Ramil Səfərovun müqayisəsi aparılmışdı. Yanlış olaraq. İndi də Ramil Səfərovla Qarabağ qazisi Kamil Musəvinin birgə çəkdirdikləri foto yayılıb və sosial şəbəkə istifadəçilərinə “test tapşırığı” verilib: bunlardan hansını qəhrəman hesab edirsiniz. Bəndlər də qoyulub: Kamil, Ramil. Hər ikisini. Heç birini. Belə bir paylaşımın nə məqsəd daşıdığı müəmmalıdır.
Qəhrəmanlarımızı niyə fərqləndirməliyik? Bu statusa seçki prosesinin davamı kimi baxıb, üzərindən keçmək də olardı. Məlumdur ki, qazi Kamil Musəvi növbədənkənar parlament seçkilərinə qatılmışdı və seçki marafonunda rəqib namizədlər tərəfindən “seçki kampaniyası hücumları”na məruz qaldı. Seçki marafonunda belə hallar, hardasa başadüşüləndir. Amma xalqımızın dəyərli övladlarının, xalqın əbədi sevgisini qazanmış oğulların, Qarabağ müharibəsi döyüşçülərinin, qazilərin bu şəkildə üz-üzə qoyulması, xoş olmayan niyyət təsiri bağışlayır.
Qarabağ müharibəsinin iştirakçısı, “Qazilər.az” saytının baş redaktoru, jurnalist Rey Kərimoğlu “Şərq”ə açıqlamasında qəhrəmanları fərqləndirməyə çalışmağın doğru olmadığını dedi:
- Qəhrəmanları fərqləndirmək olmaz. Qəhrəman, qəhrəmandır. Qəhrəmanlığın ancaq masştabında fərq ola bilər. Deyək ki, düşmənə vurduğu zərbəyə görə fərqlənərlər. Biri 10-larla erməni əsgəri öldürər, biri də bir zabit öldürər, amma o düşmən zabitinin öldürülməsi 10-larla, 100-lərlə düşmən əsgərinə dəyər. Biri kəşfiyyata gedib dəyərli məlumat gətirər, biri də bir kəşfiyyatçı öldürər. Kimisi Vətənin, dövlətin namusunu qoruyar, ona kəc baxanın gözün ovar və sairə. Nəticə etibarilə bunların hamısı Vətən yolunda edilmiş qəhrəmanlıq, özünü Vətənə, torpağa, dövlətçiliyə fəda etməkdir. Yəni, qəhrəmanlığın yeri, məkanı, masştabında fərq var, mahiyyətində yox. Azərbaycanın Silahlı Qüvvələrinin qoşun növlərində əmək haqqı və pensiya təminatında fərq var. Təyyarəçilər, xüsusi təyinatlı kəşfiyyatçılar fərqli əmək haqqı, fərqli pensiya alır, rütbəyə görə əmək haqları, pensiyalar fərqlidir. Fərq bundadır. Konkret fərdlərə gəlincə, ayrı-seçkilik aparmağın, fərqləndirməyin, “kim az qəhrəmandı, kim çox” seçməyin tərəfdarı deyiləm. Paylaşım edilən saytda çalışanlar dostlarımızdı. Vətənpərvər oğlanlardır. Bəlkə də başqa bir məqsədlə belə paylaşım edilib. Son günlərdə Kamil Musəviyə planlı hücumlar oldu. Zaman-zaman Ramil Səfərova qarşı da qərəzli kampaniyaların aparıldığının şahidi oluruq. Kamil Musəvi də, Ramil Səfərov da, Mübariz İbrahimov da bizim üçün dəyərlidir, əzizdir. Bu cür insanlar arasında seçim aparmaq, fərqləndirmək, hətta yaxşı mənada, xoş məramla olsa belə, doğru deyil. Elə insan var, bir anın qəhrəmanıdır, eləsi də var, bir ömür qəhrəmandır. Hamısı bizim üçün toxunulmazdır, dəyərlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə
Beyləqanda su kanalında çimən yeniyetmə boğulub
19:04 07.08.2026
Hadisə
Mirziyoyev və Tramp ikitərəfli münasibətləri müzakirə ediblər
18:47 07.08.2026
Dünya
Ruslar nə qədər uzaq olsa, o qədər yaxşıdır - Navrotski
17:51 07.08.2026
Dünya
Rayonlara 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ
17:40 07.08.2026
Ekologiya
Azərbaycanda faydalı qazıntı yatağı hərraca çıxarılacaq
17:39 07.08.2026
İqtisadiyyat
Ceki Çan Bakıda çəkiliş zamanı qolunu zədələdi
16:45 07.08.2026
Hadisə
Türkiyə gücləndikcə ona hörmət də artacaq - Əhəd Məmmədli
16:40 07.08.2026
Gündəm
Tramp: Sonuncu respublikaçı prezident ola bilərəm
16:38 07.08.2026
Dünya