Qəhrəmanlarımız oxunur
Şəymən Bayramova
12:17 15.08.2020
Cəmiyyət
839
"Polad Generalımız" kitabı yenidən çap olunacaq
"General Polad Həşimov haqqında hazırlanan kitab həddindən artıq oxucunun diqqətini çəkib. Demək olar ki, əlimizdə "Polad Generalımız" kitabından məhdud sayda qalıb".
Bu sözləri "Şərq"ə açıqlamasında “Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu bildirib. Kitabın 2000 tirajla çap edildiyini xatırladan naşir böyük bir hissəsinin ən müxtəlif şəxslər tərəfindən əldə edildiyini deyib: "Generala həsr olunan kitabı oxumaq istəyən şəxslər redaksiyamıza gələrək bir-iki nüsxə götürüblər. Təşkilatlara isə daha çox sayda kitab göndərmişik. Kitab yekunlaşmaq üzrə olsa da, əldə etmək istəyən insanlar nəşriyyata gələrək qalan nüsxələri əldə edə bilərlər".
Ş.Xuduoğlunun sözlərinə görə, əldə qalan nüsxələr bitəndən sonra oxucu tələbatını nəzərə alaraq "Polad Generalımız" kitabının yenidən çap olunması istisna deyil:
"Bizim əsas niyyətimiz şəhid generalımızla bağlı xatirələri bir araya toplayaraq ildönümünə qədər daha təkmil və planlı şəkildə nəşr etməkdir.
Həmin kitab da oxumaq istəyən şəxslərə pulsuz olaraq veriləcək. Polad Həşimova həsr olunan kitabın satışa çıxarılması və ondan mənfəət güdülməsini doğru hesab etmirəm. Bizim əsas məqsədimiz gəlir əldə etmək yox, Poladın göstərdiyi qəhrəmanlıq nümunəsinin daha geniş kütləyə çatdırılması və gələcək nəsillərə ötürülməsidir. Qoy gələcək nəsil Poladdan örnək götürsün!".
Qeyd edək ki, “Qanun” Nəşrlər Evi tərəfindən hazırlanıb 2000 nüsxə ilə buraxılan nəfis tərtibatlı kitab özündə generalımızın uşaqlıq illəri, kursant olduğu illər, zabit həyatı, xidmət dövrü, əsgərlərə münasibəti, ailəsinə münasibəti haqqında onu tanıyanların, birgə xidmət keçdiyi insanların, ailə üzvlərinin xatirələrini əks etdirir. Nəşriyyat hesabına çap olunan kitabın “Məktəblilər üçün liderlik dərsləri” seriyasına daxil edilməsi təsadüfi deyil. Bəli, şagirdlərimizi, gənclərimizi vətənpərvər ruhda yetişdirmək üçün nümunəvi hərbçi həyatı sənədlərə və faktlara istinad edilərək təqdim və təbliğ edilməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
18:35 08.10.2026
Gündəm
Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB
18:30 08.10.2026
Sosial
Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert
18:10 08.10.2026
Gündəm
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
16:01 08.10.2026
Gündəm
Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb
15:54 08.10.2026
Hadisə
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edilib
15:31 08.10.2026
Cəmiyyət
Rusiya Ermənistana Fransa ilə bağlı xəbərdarlıq etdi
15:05 08.10.2026
Dünya