“Qəhrəmanların şəkillərindən şəxsi məqsədlər üçün istifadə etməyin”
Şəymən Bayramova
12:29 11.09.2020
Cəmiyyət
841
Son vaxtlar şəhidlərimizin fotoşəkillərini avtomobillərinin şüşələrinə vuraraq şəhər küçələrində şütüyən sürücülərə tez-tez rast gəlirik. Bu hal vətəndaşların şəhidlərimizə hörməti kimi qəbul edilsə də, bəzi sürücülər qanundan sui-istifadə məqsədi ilə bunu edir.
Belə ki, son vaxtlar şəhidlərimizin fotoları vurulan maşınlarla kobud qayda pozan, yol polisi tərəfindən saxlandıqda “görmürsən, maşınımda şəhidlərin şəklini gəzdirirəm, hörmət elə, cərimə yazma” kimi sözlər deyirlər.
Bu barədə "Sherg.az"a açıqlama verən sosioloq Elçin Bayramlının sözlərinə görə, döyüş bölgəsində həlak olan qəhrəmanlarımızın şəkillərinin şəxsi məqsədlər üçün istifadəsi yolverilməzdir.
O deyib ki, az sayda adam var ki, bunu onlara hörmətindən edir, lakin əksəriyyət sadəcə qayda pozarkən polisdən yaxa qurtarmaq məqədilə o yola əl atır:
"Vətən uğrunda həlak olan şəhidlərin xatirəsinin əbədiləşdirmək üçün yer maşınların şüşəsi deyil. Dövlət onların adına küçə, park, məktəb və obyektlər verir, verilişlər və filmlər hazırlanır, tədbirlər keçirilir və s.
Hesab edrəm ki, maşınların şüşələrinə şəhidlərin şəkillərinin vurulması qadağan edilməlidir. Belələri əgər həqiqətən şəhidlərə ehtiramını bildirmək istəyirsə, mən bunun yollarını deyim onlar etsinlər.
Həmin şəhidlərin məlum olduğu kimi çox böyük əksəriyyəti kasıb ailələrdəndir. Onların ailəsinə yardımlar edə bilərlər, evi bərbad haldadırsa onun yenidən tikilməsinə pul ayıra bilərlər.
Uşaqlarının təhsilinə, ailə üzvlərinin müalicəsinə kömək edə bilərlər. Onların qəhrəmanlığı haqda kitab, məqalə, film hazırlatdıra, gənclərə, yeniyetməyə danışa bilərlər.
Şəhidlərin ruhuna ehsan olaraq yaşadığı yerdə büstünü düzəltdirə, su olmayan yerə su çəkdirə, digər xeyirxah işlər görə bilərlər. Bundan başqa, özləri də vətən üçün nəsə etməlidirlər.
Maşına şəkil yapışdırmaqla vətənpərvər olmaq olmur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
16:01 08.10.2026
Gündəm
Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb
15:54 08.10.2026
Hadisə
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edilib
15:31 08.10.2026
Cəmiyyət
Rusiya Ermənistana Fransa ilə bağlı xəbərdarlıq etdi
15:05 08.10.2026
Dünya
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
14:59 08.10.2026
Dünya
Alimləri təəccübləndirən KƏND: Ölümsüzlüyün sirrini tapıblar?
14:57 08.10.2026
Sağlamlıq
Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
14:49 08.10.2026
Hərbi
ADY Çindən bu il 416 blok-qatar qəbul edib
14:01 08.10.2026
İqtisadiyyat
Husilər Türkiyə PUA-sını vurdular
13:51 08.10.2026
Dünya
Putin İlham Əliyevlə görüşəcək
13:07 08.10.2026
Gündəm
40 minədək şəxsə əlillik təyin olunub
13:01 08.10.2026
Sosial
Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
12:53 08.10.2026
İnfrastruktur
Paşinyan: Azərbaycan əsgəri ömürlük Ermənistanda qala bilməz
12:52 08.10.2026
Aktual
Paşinyan: Sülh sazişi imzalanmalı, ratifikasiya edilməlidir
12:28 08.10.2026
Gündəm
Baş nazir: Köçəryan çoxdan həbs edilməliydi
12:19 08.10.2026
Region