Qələbə xalqın inamını özünə qaytardı
Turan
09:42 11.11.2020
Cəmiyyət
489
İndi bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmır və məğrur xalq gec-tez öz məqsədinə çatır
Azərbaycanın atdığı hərbi-siyasi addımlar nəticəsində özü haqqında “məğlubedilməzlik” mifi yaradan Ermənistan silahlı qüvvələri qısa müddət ərzində darmadağın edildi. Bundan sonra Ermənistan silahlı qüvvələrinə, dövlət olaraq Ermənistana özünü bərpa etmək üçün illər lazım olacaq. Azərbaycan isə hərb tarixinə yenilik kimi düşən strategiya tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə qısa zamanda düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq. Ələlxüsus, yüksək dağlıq şəraitdə həyata keçirilən Şuşanın azad edilməsi əməliyyatı Azərbaycanın hərb tarixinin ən parlaq səhifəsidir. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu “müdafiə” sistemini darmadağın etdi.
Düşmənin ağır məğlubiyyətini və 10 noyabr tarixində imzaladığı kapitulyasiyanı “Şərq”ə təhlil edən politoloq Şəbnəm Həsənova bildirib ki, dünya hərb tarixində bu təcrübə mövcuddur. Ağır itkilərə məruz qalmış tərəf məğlub hesab olunur və hərbi əməliyyatlar dayandırılır. Bu dəfə döyüşən tərəflərdən biri - Ermənistan öz müqavimətini dayandıraraq Azərbaycanın şərtlərini qeyd-şərtsiz qəbul etməyə məcbur oldu:
“Döyüş meydanında məğlubiyyətin qaçılmaz olduğunu dərk edən Ermənistan rəhbərliyi Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etdi. Bu, haqqın qələbəsidir, Azərbaycan xalqının zəfəridir. Azərbaycan Ordusu ən müasir silahlardan istifadə etməklə düşmənin bütün hərbi texnikasını yerlə bir etdi. Əlbəttə, bu parlaq səhifələri Azərbaycan tarixinə yazmaq heç də asan olmadı. Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq məqsədilə Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərildi. Bütün bunlara baxmayaraq cənab Prezident İlham Əliyev yüksək diplomatik peşəkarlıq, əzmkarlıq, qəti siyasi iradə nümayiş etdirərək, bütün təzyiqlərə mərd və mərdanə şəkildə sinə gərdi. Öz prinsipial mövqeyindən bir an belə dönmədi. Azərbaycan xalqı isə onun bu qətiyyətini sonuna qədər dəstəklədi. Prezidentin dünyanın aparıcı mediasına verdiyi 30-a yaxın müsahibə dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları darmadağın etdi. Bu müsahibələrdə Azərbaycana yönələn hər bir daşı hədəfinə çatmadan geri göndərildi. Yekun qələbəmiz azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. İndi bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmır və məğrur xalq gec-tez öz məqsədinə çatır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ronaldu Portuqaliya-Özbəkistan matçının ən yaxşı oyunçusu oldu
00:21 24.06.2026
Futbol
Meloni: Trampla mübahisəni qızışdırmaq niyyətim yoxdur
00:00 24.06.2026
Dünya
Tramp: Livanda atəşkəsin reallığa çevriləcəyinə inanıram
23:44 23.06.2026
Dünya
ÜST: "Ebola virusu sürətlə yayılır"
22:59 23.06.2026
Sağlamlıq
Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq
22:40 23.06.2026
İnfrastruktur
Ronaldo altı fərqli mundialda qol vuran ilk futbolçu olub
22:26 23.06.2026
Futbol
Oman Sultanlığı Şura Məclisinin sədri ölkəmizə səfərə gəlib
21:38 23.06.2026
Siyasət
İsmayıllıda bədbəxt hadisə: Traktorun altında qalan kişi öldü
21:27 23.06.2026
Hadisə
İran rəsmisi: ABŞ məhsullarını almaq məcburiyyətində deyilik
21:14 23.06.2026
Region
Ərdoğan Navrotski ilə görüşdü
21:01 23.06.2026
Gündəm
Putin: Rusiya Ukrayna ilə sülh danışıqlarına hazırdır
20:25 23.06.2026
Gündəm
Ağcabədidə itkin düşən qohumlar tapılıb - YENİLƏNİB
20:14 23.06.2026
Hadisə
ABŞ-nin İranın sərt tələblərinə dözməyinin səbəbi var - ŞƏRH
20:00 23.06.2026
Gündəm
Putin: Sülh danışıqları Ukraynanın təşəbbüsü ilə dayandırılıb
19:14 23.06.2026
Dünya