Qənnadı məhsullar təhlükəli yağlarla hazırlanır
01:37 17.02.2021
Cəmiyyət
676
"İstehsalçılar məsuliyyətə cəlb olunub, cəzalandırılmalıdırlar"
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən un məmulatlarının satışı ilə məşğul olan obyektlərdə yoxlama keçirilib. Keçirilən yoxlama zamanı istifadə olunan bitki yağlarının keyfiyyəti ilə bağlı araşdırma aparılıb. Bu zaman baxış keçirilmiş 6 obyektdən 3-də istifadə olunan yağların dəfələrlə istifadə olunduğu, keyfiyyətinin normalara cavab vermədiyi aşkar olunduğundan yerindəcə məhv edilib, qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb. Eyni zamanda sahibkarlara qanunvericiliyin tələbləri izah edilib.
Qida təhlükəsizliyi üzrə ekspert Elsevər Fərzəliyev deyir ki, belə hallara yol verən müəssisələrə istənilən bölgədə rast gəlmək olar:
"Qənnadı məmulatlarının hazırlanmasında istifadə edilən yağların əksəriyyəti qidalanmaya yararlı deyil. Bunlar trans yağlar qrupuna aiddir. Təkcə Şəki şəhərində deyil, ölkənin müxtəlif ərazilərində belə yağlar istifadə edilən müəssisələr var. Ən çox fri, yaxud çipsi hazırlanarkən trans yağlardan istifadə olunur. Həmin yağlardan uzunmüddətli istifadə etmək orqanizmdə müəyyən fəsadlara səbəb olur".
Ekspert qeyd edir ki, bu işi görən adamlar mütləq şəkildə məsuliyyətə cəlb olunmalıdırlar:
"Burda əsas amil olan vicdan məsələsidir. Həmin işi görən insan vicdanını qarşısına qoyub hərəkət etməlidir. Çünki sözügedən məsələ yolverilməz və arzuolunmazdır. Bu zaman təkcə müəssisənin bağlanmağı yüngül cəza olar. Onlar vətəndaşların sağlamlığına zərər vuran, mənfi təsir edən halları həyata keçirib məhsul istehsal edirlərsə qarşısını almaq mütləqdir. Düşünürəm ki, istehsalçılar məsuliyyətə cəlb olunub, cəzalandırılmalıdırlar".
Aytac Ali
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı