
Qərib qəribi sükutundan tanıyır
Yusif Nəzərli
09:44 10.11.2024
Cəmiyyət
581
Bu sabah çox kədərli xəbərlə açıldı. Zülfüqar Rüfətoğlunun ömrünün 66-cı ilində London xəstəxanasında ölüm xəbəri bir şeirində yazdığı “killer” gülləsi kimi gəldi.
Bütün ölümlər kədərlidir, bilirəm, qürbətdə ölməyin acısı isə bir başqadır!
Mən Zülfüqarı hələ 1992-ci ildə bir yerdə işlədiyimiz “Azərbaycan” qəzetindən tanıyıram. Bizim nəslə örnək olacaq qədər istedadlı jurnalistlərdən biri kimi rəğbətim vardı. Şeirlərinə sonralar heyran qalacaqdım. BBC-dəki verilişlərinə, səsinə də həmçinin. Amma bunların heç biri onu sonacan tanımağıma yetmədi.
Onu Londonda tanıdım.
Ailəmlə gəzməyə gələcəyimi ona yazanda sevindi, bizi aeroportda qarşılamağı bir dostundan xahiş etmişdi. Özü xəstə imiş. Ciddi xəstəliyini görüşəndə bildim. Bizi Londanla tanış elədi, restoranda qonaqlıq da verdi. Maraqlı söhbətləriylə ailəmin də rəğbətini qazandı. Sonra balaca Ayan mənə deyəcəkdi: “Ata, sən xoşbəxt adamsan, belə dostların var”. Ona verdiyimiz suallara həvəslə cavab verdi. Amma duyurdum ki, danışa-danışa susur.
Bir axşam isə orada yaşayan şair dostum Rauf Qaraişıqla bizi bir ingilis pabına apardı. Yağışlı bir gecədə unudulmaz anlar yaşadıq!
Dedim axı, qərib qəribi sükutundan tanıyır. İngilis pabında sükutumuz da dilə gəlmişdi. Və mən onun bu uzun illər qürbətdə yaşadıqlarını duya bildim – Zülfüqarı o gecə tanıdım. Geri qayıdanda daha şeirlərini də bir başqa gözlə oxudum. Zülfqar beləcə mənə doğmalaşdı.
Nigaran qaldığı çox şeylər, kəslər vardı bu dünyada. Hamı bu dünyada hər şeyini qoyub gedir. Qərib adam isə özüylə tək bir şey aparır – sükutunu...

Qayıtmayacağı yerə getdi, bir vaxt şerində yazdığı kimi:
“Qayıtmayan şeylər vardır –
Göz yaşı gözə qayıtmır,
Çox “hələlik” deyən dostlar,
Gedir və bizə qayıtmır”.
Nur içində yat, əziz Zülfüqar bəy!
Vahid Qazi,
10 noyabr 2024
Helsinborq, İsveç
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi
16:24 31.08.2026
Hadisə
“İran uçuruma doğru gedir, Pezeşkian bunu anlayır” - RƏY
16:17 31.08.2026
Siyasət
Benzema Messi ilə yenidən eyni liqada çıxış edə bilər
16:11 31.08.2026
Futbol
İran ordusu: Tramp Hörmüz boğazını ancaq yuxusunda görə bilər
15:57 31.08.2026
Gündəm
Paşinyan və Əliyevin Bişkek görüşünün detalları açıqlanıb
15:48 31.08.2026
Gündəm
Rəcəb Tayyib Ərdoğan Qırğızıstanda səfərdədir
15:45 31.08.2026
Gündəm
Məsud Pezeşkian: İran müharibənin davam etməsində maraqlı deyil
14:57 31.08.2026
Region
Laçının Ağbulaq kəndində “Xatirə bulağı” istifadəyə verilib
14:47 31.08.2026
Qarabağ
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə