Qızcığazın suçu nə? - Ol gən ki, adaxladız, utandım !
Yusif Sultanoğlu
12:41 03.03.2021
Cəmiyyət
923
“Uşaq valideynin əlindən alınıb, dövlətə təhvil verilməlidir”
“Hüquq çərçivəsində nikah üçün yaş həddi 18-dir”
"Həyəcan təbili çalınmalıdır, buna son qoyulmalıdır. İcra hakimiyyəti ciddi nəzarət etməlidir"
“Hüquq -mühafizə orqanları tərəfindən təxirəsalınmaz tədbirlər görülməlidir”
Gürcüstanda yaşayan daha bir azərbaycanlı ailənin azyaşlı övladına nişan mərasimi keçirdiyi iddia edilib. Bununla bağlı sosial şəbəkələrdə foto yayılıb. Həmin şəkildə görünür ki, azyaşlı qız əlində qırmızı lentli, şirinçay stəkanları tutub. Ən dəhşətlisi isə qızcığazın da baş verənləri normal hal kimi qarşılamasıdır. Belə hadisələrdə Mirzə Ələkbər Sabirin məşhur misralarını xatırlamamaq mümkünsüzdür:
Ol gən ki, adaxladız, utandım,
Olandı, dediz, ərin inandım,
Ər böylə olurmuş?! İndi qandım;
Xandostu amandı, qoyma, gəldi!
Kirdarı yamandı, qoyma, gəldi!
Fəqət o cocuqlar isə anlamırlar, dərk etmirlər. Onlara rəzillik adət-ənənə adı ilə izah olunub. Bəli, nə ilkdir, nə də son!
Hüquqşünas İradə Cavadova “Sherg.az”a məlum hadisənin dəhşətli olduğunu söyləyib:
“Tez-tez buna bənzər halların şahidi oluruq. Valideynlər öz öladlarından sui-istifadə edərək cinayət törədirlər. 10-11 yaşlı qız uşaqlarını nəyinsə xatirinə, başlarından edirlər.
Düzgün yolda olduqlarını düşünürlər. Qanunvericilikdə də azyaşlı uşaqlara qarşı intim və seksual xarakterli hərəkətlər cinayət kimi qəbul olunur. Bu zaman uşaq valideynin əlindən alınıb, dövlətə təhvil verilməlidir.
Ata-ana cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Qeyd edim ki, hüquq çərçivəsində nikah üçün yaş həddi 18-dir. Yalnız xüsusi icazə ilə bir yaş azaltmaq mümkündür. Amma azyaşlı qıza nişan mərasimi keçirib, onu nəyəsə hazırlamaq, cinayətdir.
Həyəcan təbili çalınmalıdır, buna son qoyulmalıdır. İcra hakimiyyəti ciddi nəzarət etməlidir, hüquq -mühafizə orqanları tərəfindən təxirəsalınmaz tədbirlər görülməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH: Oman sahillərindən keçən gəmiləri də vuracağıq
17:36 07.09.2026
Dünya
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - FAKTİKİ HAVA
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya
Yəmən Silahlı Qüvvələri əks-hücumda: Ölkəyə nəzarət bərpa edilir
16:21 07.09.2026
Dünya
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur
Davutoğlu bu gün ifadə verəcək
14:53 07.09.2026
Dünya
Tərtərdə 52 yaşlı kişi güllələnib, saxlanılan var - YENİLƏNİB-1
14:33 07.09.2026
Hadisə
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edilib
14:16 07.09.2026
Gündəm