QMİ: Ramazanın Novruz günlərinə təsadüf etməsi şəri baxımdan heç bir çətinlik yaratmır
Yusif Nəzərli
08:17 27.02.2025
Cəmiyyət
399
Bu ilki Ramazan xalqımızın qədim bayramı Novruz günlərinə təsadüf edəcək, şəri baxımdan belə əlamətdar günlərin üst-üstə düşməsi cəmiyyətdə bir çətinlik yaratmır, çünki İslamın təməl prinsiplərindən olan oruc ibadəti ilk növbədə Allahın əmridir.
Sherg.az xəbər verir ki, bu, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurasının Ramazan ayının başlanması ilə bağlı verdiyi fətvada öz əksini tapıb.
"Allahın rəhmət və bərəkətinin gəlişinə görə oruclular üçün ruhu və qəlbləri sevindirən Ramazan da, təbiətin Rəbbül-Aləm tərəfindən yenidən oyanışının rəmzi olan Novruz da mübarək bayramlar qismindədir. Ramazanda Quran oxumaq, elm-irfan və ibadətlə məşğul olmaq, iftar süfrələri açmaq, xeyriyyəçilik etmək, ehtiyaclı şəxslərə, kimsəsizlərə, uşaq evlərinə, ahıl və qocalara köməklik göstərmək, valideynlərin qayğısına qalmaq savab əməllərdəndir və bu ənənəvi əməllər mahiyyəti etibarı ilə Novruz adətləri ilə eynidir. Çərşənbələr daxil olmaqla Novruz bayramı gecəsində açılan süfrələr iftarın saatlarına uyğun olmalıdır. Tövsiyə edirik ki, bu mübarək günlərdə torpaqlarımız, Vətənimiz uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun, şəhid və qazi ailələrinə qayğı və diqqət göstərilsin. Qazılar Şurası din xadimlərimizin və yerlərdəki imamlarımızın nəzərinə çatdırır ki, Ramazanın vacibatları, qayda və qadağaları, müstəhəb əməlləri barədə dindarlara ətraflı şəkildə məlumatlar və şərhlər verilsin, QMİ-nin hazırladığı moizə və xütbə kitablarına əsaslanaraq dindarlarımıza Ramazanda mənəvi-əxlaqi dəyərlər, vətənpərvərlik və dövlətçiliyə sədaqət məfkurəsi təbliğ olunsun. Xüsusi olaraq bir daha dindarlarımıza və din xadimlərimizə xatırlatmaq istərdik ki, iftardan öncə məclislərdə süfrə açılması Allahın hökmü, Peyğəmbərin əmri ilə şəri baxımdan qəbul edilməyən böyük günahdır", - fətvada qeyd olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
3400 illik qızıl diademlər tapıldı - FOTO
15:01 17.07.2026
Dünya
Özgür Özəl yeni partiyanın yaradılacağı TARİXİ AÇIQLADI
14:21 17.07.2026
Gündəm
Flora Kərimovanın son durumu açıqlandı
14:15 17.07.2026
Mədəniyyət
BƏƏ “Husilər”in Səudiyyə Ərəbistanına raket hücumunu pislədi
14:10 17.07.2026
Dünya
Lavaşdan zəhərlənmə, bəli, mümkündür - Mütəxəssisdən İZAH
13:51 17.07.2026
Sağlamlıq
Culfada sabiq bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərildi
13:24 17.07.2026
Hadisə
Naxçıvanda sabiq bələdiyyə sədri ilə bağlı cinayət işi başlanıb
13:05 17.07.2026
Ölkə
Sabahın havası açıqlanıb
13:04 17.07.2026
Ekologiya
ADY-də qida məhsullarının daşımaları 38% artıb
12:59 17.07.2026
İqtisadiyyat
“Real Madrid” Kurtuanın yerinə bu qapıçını transfer edə bilər
12:20 17.07.2026
Futbol
Bu il aliment ödəyənlərdən 2400-ü qadın olub - RƏSMİ
12:14 17.07.2026
Cəmiyyət
Ermənistanda doğum səviyyəsi azalmağa davam edir
11:44 17.07.2026
Region
ABŞ elan etdi: Rusiya, İran və Çinin hakerləri...
11:37 17.07.2026
Dünya
Azərbaycan-Litva ikitərəfi əlaqələri müzakirə edilib
11:01 17.07.2026
Gündəm
Qadın vəkillərin sayı açıqlandı
10:57 17.07.2026
Cəmiyyət