Qubadlının qəhrəmanı...
Yusif Sultanoğlu
08:03 11.02.2021
Cəmiyyət
600
Yüksəkliyi azad etdilər, amma dəstəsindəki hər kəs şəhid oldu
Vətən müharibəsində şəhadətə ucalan igidlərimizin hərəsinin öz qəhrəmanlıq dastanı var. Kimisi uzun illər hərbidə fəaliyyət göstərib, kimisi isə Vətənin çağırışına cavab verib, döyüşə yollanıb. Lakin hər biri canla-başla vuruşub, qan töküblər. İllərdir düşmən tapdağında olan Qarabağın əsarətinə son qoyublar. Onlar 21-ci əsrin igidlik salnaməsinə adlarını yazıblar. Nəinki 4 ay, illər də keçsə, qəlbimizin ən qutsal köşəsində yaşayacaqlar. İndi isə şəhid qardaşlarımızın birindən danışacam.
O, Azərbaycan Silahlı Qüvvələrinin mayoru Taleh Adil oğlu Kərimovdur. 1985-ci ildə Sumqayıt şəhərində dünyaya göz açıb. Corat qəsəbəsində 7 nömrəli tam orta məktəbi bitirdikdən sonra Məhəmməd Füzuli adına Tibb, Humanitar və Texniki Təmayüllü “İstedad” liseyində oxuyub. Ali təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində “Kəşfiyyatçı” ixtisası üzrə alıb.
2007-2008-ci illərdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Zabit” ixtisası üzrə təlimlərdə olub. “N” saylı hərbi hissədə 2010-cu ilə qədər Motoatıcı Taborun Qərargah rəisinin Kəşfiyyat üzrə müavini və Kəşfiyyat taqım komandiri vəzifəsində çalışıb. Daha sonra kəşfiyyat sahəsində fəaliyyətini davam etdirib.
Taleh Kərimov 2018-ci ildən 2019-cu ilin noyabr ayına qədər "N" saylı hərbi hissənin Kəşfiyyat rəisi və Kəşfiyyat bölməsinin rəisi vəzifəsini icra edib. O, 2019-cu ilin noyabr ayından Azərbaycan Silahlı Qüvvələrinin Kəşfiyyat Baş İdarəsinin Qoşun Kəşfiyyatı İdarəsinin Planlaşdırma və Əlaqələndirmə şöbəsində çalışıb.
Şəhidimiz Vətən müharibəsində Füzulinin, Cəbrayılın və Qubadlının azadlığı uğrunda savaşıb. Oktyabrın 30-da Qubadlı döyüşləri zamanı şəhadətə ucalıb. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
“Şərq”lə həmsöhbət olan şəhidin bacısı Mehriban xanım deyir ki, savaş dönəmində onunla soraqlaşıblar, özünü qorumasını tövsiyə ediblər:
“Qardaşım nazirlik xətti ilə cəbhəyə göndərildi. İş yoldaşları ondan danışdılar. Şəhadət şərbətini yanındakı əsgərləri ilə birgə içib. Qubadlıda yüksəkliklərin birini azad etdikdən sonra dəstəsindəki hər kəs şəhid olub”.
Müsahibim qardaşını savadlı, gülərüz, Vətəninə bağlı bir insan kimi xatırlayır:
“Həm də məndən kiçik olduğu üçün əlimdə böyümüşdü”.
Qeyd edək ki, Taleh Kərimov ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda” və “Qubadlının azad olunmasına” görə medalları ilə təltif edilib. Eyni zamanda T.Kərimov Aprel döyüşlərində də savaşıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Millimiz Moldovaya məğlub oldu
20:10 07.09.2026
Futbol
Polşa uzaqmənzilli pilotsuz uçuş aparatlarını sınaqdan keçirəcək
20:00 07.09.2026
Dünya
Rusiya Almaniyaya qarşı cavab tədbirləri görür
19:45 07.09.2026
Dünya
Güclü külək Bərdə, Tərtər və Ağdamda fəsadlar yaradıb
19:38 07.09.2026
Hadisə
Suriya İrana xəbərdarlıq etdi
18:37 07.09.2026
Dünya
SEPAH: Oman sahillərindən keçən gəmiləri də vuracağıq
17:36 07.09.2026
Dünya
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - HAVA DURUMU
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya
Yəmən Silahlı Qüvvələri əks-hücumda: Ölkəyə nəzarət bərpa edilir
16:21 07.09.2026
Dünya
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur