Quranın çağırışı ! - “Torpaqlarınızı işğaldan azad edin !”
Fidan Həmişəyeva
12:50 29.09.2020
Cəmiyyət
763
“Quranda deyilir ki, “sizinlə vuruşanlarla Allah yolunda vuruşun, onlar sizi çıxardığı yerdən, siz də onları çıxarın”
“Cənnət vətən uğrunda savaşmaqla qazanılır. Bu mənada müqəddəs kitabda şəhidlərə “ölü” deməmək buyrulur”
İyulun 12-dən etibarən Ermənistan silahlı qüvvələrinin Tovuz rayonundakı təxribatından sonra cəbhədə vəziyyət gərginləşib. Azərbaycan bu günə qədər səbirli davransa da, separatçı rejim hər dəfə müxtəlif təxribatlar törədib. Ermənilərin torpaqlarımızı zəbt etməkləri azmış kimi, bu illər ərzində beynəlxalq hüquq normalarını pozublar. Amma şanlı ordumuz düşmənə layiqli cavab veribr, verir. Ordumuzun gücü, iradəsi və qətiyyəti artıq bütün dünyaya məlum olub. Ayın 27-dən etibarən düşmənin xeyli sayda hərbi texnikası məhv edilib, 7 rayonumuz işğaldan azad olunub. Təbii ki, bunların qarşılığında şəhid olan igid oğullarımız da var.
Mövcud proseslərlə bağlı fikirlərini “Sherg.az”la bölüşən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli tezliklə qələbə çalacağımıza inandığını deyib. QMİ nümayəndəsi baş verənləri həm dünyəvi, həm dini müstəvidə şərh etdi:
“Cəbhədə vəziyyətin gərginləşməsi Tovuz hadisələr ilə başladı. Ordumuz düşmənə layiqli cavab versə də, ermənilər təxribatlarından əl çəkmək istəmirlər. Ölkə başçısı da çıxışlarında bildirib ki, ölkəmiz müharibəyə hazırlaşır. Ordumuz bu dəfə daha sarsıdıcı zərbələr endirdi. Düşmənin təcavüzkar olduğunu çoxları bilir.
Psixoloji üstünlüyümüz ondan ibarətdir ki, biz haqlıyıq, torpaqlarımız uğrunda savaşırıq. Heç kimin bir qarış torpağına göz dikməmişik, işğalda olan torpaqlarımızı azad edəcəyik və qələbə əzmi ilə vuruşuruq. Bu, həm də Quranın çağırışıdır. Quranda deyilir ki, “sizinlə vuruşanlarla Allah yolunda vuruşun, onlar sizi çıxardığı yerdən, siz də onları çıxarın”.
Dinimizdə dinc insanların qətlə yetirilməsini, bütün insanlığın öldürülməsinə bərabər sayılır. Düşmən yerində otuzdurulmasa, yüzlərlə dinc insanın ölümünə səbəb olacaqlar. Ermənilər son günlər mülki əhalini atəşə tutdular və vətəndaşlarımız həlak oldu.
Əsas odur ki, xalqımızda ruh yüksəkliyi var. Azərbaycanda misli görünməmiş bir çoşqu hiss edilir. Günü-gündən qələbəyə doğru yaxınlaşırıq. Təbii ki, itkilərimiz də var. Heç bir müharibə itkisiz olmur”.
İlahiyyatçı İslam dinində şəhidlik fəlsəfəsinin nədən ibarət olduğunu da diqqətə çatdırıb:
“Hər bir Azərbaycan əsgəri bizim üçün əzizdir. Şəhidlik isə ən uca, ən ali , ən möhtəşəm bir zirvədir. Peyğəmbərimiz buyurur ki, “şəhidlər məhşərə daxil olanda peyğəmbərlər də onların ayağına gedəcək”.
Quranda şəhidlik haqqında bir neçə ayə var. Müqəddəs kitabda şəhidlərə “ölü” deməmək buyrulur. Şəhidlər dünyadan köçdükdən sonra da onların ruhu xalqa yardımçı olur. Peyğəmbərimiz buyurur ki, “cənnət qılıncların kölgəsi altındadır”. Yəni cənnət vətən uğrunda savaşmaqla qazanılır”.
Ş.Həsənli qeyd edib ki, təcavüzlə, kiminsə torpağına göz dikməklə yox, torpağı, dəyərləri qorumaqla qələbə qazanmaq lazımdır:
“Torpaq uğrunda ölən insan şəhidlik rütbəsinə ucalır. Hər bir halda şəhidlərimiz başımızın tacı, xalqımızın iftixar mənbəyidir.
Biz haqq yolundayıq. Həm beynəlxalq qanunvericiliyə, həm ilahi qanunlara əsasən haqq bizim tərəfimizdədir.
Torpaqlarımızı mütləq işğaldan azad edəcəyik. Azərbaycan xalqı qələbə gününü səbrsizliklə gözləyir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat