"Real" beynəlxalq təşkilatlarla real iş qurur
08:10 31.10.2020
Cəmiyyət
548
Natiq Cəfərli: "Haqq və hüquq bizimlədi"
"Amnesty International" və "Human Rights Watch" kimi beynəlxalq nüfuzlu təşkilatlar Ermənistanın təcavüzü, kaset bombalardan istifadə etməsi, Bərdədə mülki vətəndaşların qətlə yetirilməsi ilə bağlı obyektiv məlumat və hesabatlar dərc etdi. Bildiyimiz kimi, bunlar kifayət qədər nüfuzlu beynəlxalq təşkilatlardır. Təbii ki, əksər dünya mediası və beynəlxalq qurumlar bu hesabatlara istinad edirlər. Hətta BMT, Avropa Şurası, Avropa Birliyi həmişə hesabatlarında bu nüfuzlu təşkilatın hesabatlarına əsaslanır. Bu hesabatların ərsəyə gəlməsində təbii ki, çox insanın əməyi keçib. Bizim Real Partiyasının da rolu olub".
Bu sözləri Real Partiyasının təmsilçisi Natiq Cəfərli deyib. O vurğulayıb ki, bunun sayəsində indi beynəlxalq aləmdə bir istinad nöqtəsi yaranacaq:
"Yəni bizim həqiqətləri danışmağımız başqa bir məsələdir. Amma bu tipli çox nüfuzlu beynəlxalq təşkilatların Ermənistanın təcavüzü, insanların öldürülməsi və qadağan olunmuş silahların istifadə olunması ilə bağlı hesabatları dünya mediası, o cümlədən beynəlxalq təşkilatlar üçün də əsas istinad nöqtəsinə çevriləcək. Bu çox böyük uğurlu addımdır.
Düşünürəm ki, bunun ardı da olmalıdır. Çünki haqlı tərəf bizik. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Biz ancaq öz torpaqlarımızın işğaldan azad olunması ilə məşğuluq, yalnız öz ərazimizdə təmizləmə əməliyyatı aparırıq. Bu da beynəlxalq hüquqla tam haqqımızdır. Amma onlardan fərqli olaraq, bizim sivil insanlarımız hədəfə gəlir.
Həm Gəncədə, həm də Bərdədə mülki vətəndaşlarımız öldü. Yəni bu, Ermənistanın nə qədər terror aktları törədə biləcək bir dövlət olduğunu dünyaya göstərmək üçün çox yaxşı platformadır.
Haqq və hüquq bizimlədi, bunu dünyaya çatdırmaq üçün daha açıq olmalıyıq. Ordumuzun qələbələrini beynəlxalq aləmdə həm diplomatik, həm mediatik üstünlüyə çevirməliyik!".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm