Rektor: “Polisimizə daş atanların müəllimlərini də qınayıram”
Fidan Həmişəyeva
09:07 12.06.2020
Cəmiyyət
885
“Pandemiya ilə mübarizə təkcə dövlətin vəzifəsi deyil. Bu mübarizədə hər bir vətəndaş iştirak etməlidir. Yoxsa onun yayılmasının qarşısını almaq çətinləşər. Bu isə dövlətə, dövlətçiliyə zərərdir”.
Bu sözləri “Sherg.az”a açıqlamasında Bakı Slavyan Universitetinin rektoru,
filologiya elmləri doktoru, professor Nurlana Əliyeva deyib.
Professor bildirib ki, xarici dövlətlərdə baş verənləri xatırlasaq, bu virusun reallığına zərrəcə şübhə qalmaz:
“Pandemiya ilə mübarizə Azərbaycanda olduqca ciddi aparılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbul etdiyi qərarlar dövlətin ən ali vəzifəsi kimi bilavasitə insan amilini əhatələyir.
Respublikamızda karantin qaydalarının nizamlanmasına şəraitə müvafiq olaraq olduqca həssas yanaşılır. Operativ Qərargah bütün amilləri istər ayrılıqda, istərsə də vəhdətdə nəzərə alır ki, bu da pandemiyanın yayılma mexanizminin nəzarətdə saxlanılması deməkdir”.
N.Əliyeva bildirib ki, karantin qaydalarına əvvəlcə vətəndaşlar ciddi əməl etməlidir:
“Yəni belə miqyaslı, belə mahiyyətli mübarizə “mən” amili üzərində qurulmalıdır və qurulub. Tövsiyələr elmi baxımdan əsaslandırılmış tövsiyələrdir. Burada dünya təcrübəsinin elementlərindən də bəhrələnilir. Müxtəlif informasiyalar təsdiq edir ki, pandemiyaya qarşı mübarizədə neçə-neçə dövlət Azərbaycan modelindən bəhrələnir. Respublikamızda qısa müddətdə yaradılan səyyar mobil xəstəxanalar ən etibarlı qabaqlayıcı tədbirlərdəndir. Bunları hər bir vətəndaş bilir. Prezident İlham Əliyev, Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva başda olmaqla bütün dövlət strukturları, səhiyyə işçiləri, ümumiyyətlə, hər bir vəzifəli, səlahiyyətli şəxslər vətəndaşları pandemiyadan kifayət qədər ciddi şəkildə qoruyur, bu mübarizədə böyük fədakarlıqlar göstərirlər.
Bəs vətəndaşlar? Vətəndaşlar dövləti, cəmiyyəti bu səviyyədə ciddiyyətlə qoruyurmu? Təəssüflər olsun ki, yox. Niyə? Təkcə məsuliyyətsizlikdirmi? Yenə yox. Məsuliyyətsizlik fəaliyyətlə bağlıdır. Bəs, tərbiyə prosesində yol verilmiş məsuliyyətsizlik? Belə məsuliyyətsizlik öz mənfi, bəzən dağıdıcı təsirini illər sonra göstərir”.
BSU-nun rektoru bildirib ki, Azərbaycan polisi vəzifə borcunu layiqincə yerinə yetirir:
“Polis həm ictimai asayişə nəzarət edir, həm ictimai sabitliyin cəfakeşidir, həm vətəndaşları qoruyur, həm də dövlətin pandemiya kimi təhlükəyə qarşı gördüyü tədbirlərin yerinə yetirilməsinə ciddi nəzarət edir. Vətəndaşlar polislərin əziyyətinin yüngülləşdirilməsinin iştirakçısı ola bilməzmi? Bu sual ictimaiyyətə ünvanlanıb. El arasında deyildiyi kimi, qoy hərə öz yükünü götürsün. Polis kiçik miqyaslı da olsa qələbəlik, tünlük görəndə onu dağıtmağa cəhd göstərirsə, qələbəliyi, tünlüyü yaradanlarla maarifləndirici söhbətlər aparırsa, müəyyən mənada, belə tünlüyün cəmiyyəti hansı təhlükələrlə üzləşdirə biləcəyini xatırladırsa, vətəndaşlar bunu alqışlamalıdır.
Mən pedaqoqam. Polisimizə daş atanların müəllimlərini də qınayıram. Onlar zamanında şagirdlərinə milli-mənəvi dəyərlərimizdən kifayət qədər geniş danışmayıblar. İndi susmasınlar. İndi sosial şəbəkələrdə rast gəlinən qeyri-obyektiv informasiyalara, məqsədyönlü mövqelərə münasibət bildirsinlər. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin fikirlərinə istinad etsək, gələcəyimiz indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır. Gənclərimizi milli, dövlətçiliyimizə sədaqət ruhunda formalaşdırmaq bu gün bizə hava-su kimi lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Armine Marqaryanın fikirləri reallığı əks etdirir - Fazil Mustafa
19:07 30.06.2026
Gündəm
Karapetyan Paşinyanı təhdid etdi
18:27 30.06.2026
Region
Litvanın yeni Baş naziri seçilib
18:23 30.06.2026
Dünya
Avropaya dəhşətli istilər qayıdır: Təhlükəli səviyyə...
18:05 30.06.2026
Ekologiya
I Bakı Türkoloji qurultayın gizlinləri - mətbuat nə yazırdı?
17:32 30.06.2026
Tarix
Xameneinin cənazəsi İraqa aparılacaq
17:29 30.06.2026
Dünya
Prezident İlham Əliyev Delsi Rodriqesə başsağlığı verib
17:15 30.06.2026
Gündəm
İran XİN: Qalibafın Azərbaycana səfəri uğurlu olub
16:58 30.06.2026
Siyasət
İdmanla enerji içkisi əks qütblərdə dayanır - Həkim-terapevt
16:56 30.06.2026
Sağlamlıq
Putin və Tokayev arasında telefon danışığı oldu
16:41 30.06.2026
Dünya
İran ABŞ ilə danışıqlara başlamaq üçün şərt irəli sürdü
16:32 30.06.2026
Gündəm
Azərbaycanlı ata doğum evində qızını oğlanla dəyişib, qaçdı
15:36 30.06.2026
Maraqlı
Peruda ilk dəfə qadın prezident seçildi
15:24 30.06.2026
Ekologiya
Yeni peşə təhsili ixtisasları yaradılıb
15:11 30.06.2026
Elm və Təhsil
Daha 6 itkin-şəhid dəfn olunacaq
15:04 30.06.2026
Hərbi