Romanın “Mercati di Traiano” abidə kompleksi bayrağımızın rəngləri ilə işıqlandırılıb
12:54 29.05.2020
Cəmiyyət
704
28 May - Respublika Günü münasibətilə Roma şəhərinin ən qədim tarixi mərkəzində yerləşən möhtəşəm “Mercati di Traiano” abidə kompleksi Azərbaycan himninin sədaları altında Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, “Mercati di Traiano” abidə kompleksi Azərbaycan və İtaliya arasında münasibətlərdə xüsusi yerə malikdir. Bu abidə kompleksinin yerləşdiyi ərazidə Azərbaycan hökumətinin dəstəyi ilə arxeoloji qazıntı işləri aparılır. Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya bu ilin fevral ayında dövlət səfəri vaxtı Roma şəhərinin meri Vircinia Racci ilə görüşündə dövlət başçımıza həmin qazıntı işləri barədə məlumat verilib və əldə edilmiş arxeoloji dəyər kəsb edən əhəmiyyətli tapıntılar nümayiş etdirilib.
İtaliyada epidemioloji vəziyyətlə bağlı tətbiq olunan qaydalara əməl edilməklə “Mercati di Traiano” abidə kompleksinin işıqlandırılması ilə bağlı keçirilmiş rəsmi mərasimdə İtaliya hökumətinin və Roma şəhərinin nümayəndələri iştirak ediblər. Mərasimdə əsas qonaq qismində danışan İtaliya Respublikasının parlamentlə əlaqələr üzrə dövlət katibi Canluka Kastaldi Azərbaycan-İtaliya strateji tərəfdaşlığının əhəmiyyəti, ölkələrimizi bir-birinə bağlayan dərin əlaqələr barədə danışıb.
“Mercati di Traiano” abidə kompleksinin Azərbaycan-İtaliya münasibətlərinin yaxınlığını təcəssüm etdirən simvolik məna kəsb etdiyini deyən İtaliya hökumətinin üzvü Azərbaycan hökumətinin bu kompleks ərazisində aparılan arxeoloji qazıntı işlərinə dəstəyinin İtaliya hökuməti tərəfindən yüksək qiymətləndirdiyini deyib.
İtaliyada çox ağır epidemioloji vəziyyətdə Azərbaycanın İtaliyaya göstərdiyi yardıma, nümayiş etdirdiyi həmrəyliyə, o cümlədən Heydər Əliyev Mərkəzinin binası üzərində İtaliyanın bayrağının videoproyeksiyasına görə Azərbaycan hökumətinə və xalqına təşəkkür edən dövlət katibi Azərbaycan üçün əhəmiyyətli olan 28 May - Respublika Günü tarixində qədim Romanın ən möhtəşəm abidələrindən biri olan və iki ölkə arasında əlaqələrdə xüsusi yeri olan “Mercato di Traiano” abidə kompleksinin Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılmasını İtaliya xalqının və Roma şəhərinin Azərbaycana təşəkkürü və bayram təbrikinin rəmzi olduğunu deyib.
Ardınca Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə 28 May - Respublika Gününün, Azərbaycan-İtaliya strateji tərəfdaşlığının və yaxın dostluq münasibətlərinin əhəmiyyəti barədə danışıb, Azərbaycan xalqı üçün ən əziz olan bir gündə möhtəşəm “Mercati di Traiano” abidə kompleksinin Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılması qərarına görə Roma şəhərinin meriyasına və bu işdə əməyi keçən hər kəsə təşəkkürünü bildirib. Diplomat bugünkü tədbirin və çətin epidemioloji vəziyyətdə Azərbaycanın İtaliya xalqı ilə yaxınlığı və həmrəyliyini nümayiş etdirmək üçün Heydər Əliyev Mərkəzinin binası üzərində İtaliya bayrağının videoproyeksiyası da daxil olmaqla həyata keçirilən təşəbbüslərin iki dost xalq arasında olan səmimi münasibətləri təcəssüm etdirdiyini deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qlobal şərəf: O adı alan ilk türk alim olub
19:02 16.05.2026
Sağlamlıq
Pakistanın daxili işlər naziri İrana gedib
18:39 16.05.2026
Dünya
Fitso: Bu müharibənin nə vaxt bitəcəyini təxmin edə bilmirəm
18:25 16.05.2026
Dünya
Beynəlxalq Cinayət Məhkəməsi Putini mühakimə edə bilməz - ŞƏRH
18:09 16.05.2026
Dünya
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
17:54 16.05.2026
Hadisə
“Yeni Nostradamus”dan qorxulu proqnoz: “Qırılma xətti yaxınlaşır”
17:40 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya
Yer kürəsində maqnit fırtınası qeydə alınıb
14:41 16.05.2026
Dünya
Üztanıma ilə ödəniş sistemində problem yaranıb? - ADY
14:24 16.05.2026
Cəmiyyət
Peskov institutda türk dilini necə öyrənməsindən danışıb
13:40 16.05.2026
Dünya
Yağış yağacaq, şimşək çaxacaq
13:27 16.05.2026
Ekologiya