Ruhidən yeni doğulan şəhid övladı ilə bağlı paylaşım: “Bir çiçək bitər: Nilufər" - Fotolar
Yusif Sultanoğlu
09:42 12.02.2021
Cəmiyyət
697
Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının üzvü, xeyriyyəçi, “Liatris Holding”in rəhbəri Ruhi Əliyeva şəhid Süleyman Bağırovun onun şəhadətindən sonra dünyaya gələn övladı Nilufərlə görüntülərini paylaşıb. O, şəhidin həyat yoldaşının doğum əməliyyatında da iştirak edib. Nilüfərə hər zaman dəstək olacağını söyləyib.
“Sherg.az” xəbər verir ki, R.Əliyeva həmin videoya qeyd də yazıb:
“Deyirlər, Tanrının qədəmi dəyən yerdə yalnız bir çiçək bitərmiş: Nilufər. Bu üzdən həmin çiçək də, onun adı da qutsaldır. Bu əfsanənin doğruluğundan əmin olmasam da, qucağıma aldığım körpə Nilufərin həqiqətən də müqəddəs bir qandan, candan doğulduğunu bilirəm. Çünki o, özünü Vətən üçün fəda edən igidlərimizdən birinin -şəhid Süleyman Bağırovun övladıdır.
Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhadətə qovuşan qardaşımız qızının doğulacağı günü səbirsizliklə gözləyib. İlk övladını qucağına almağı, onu əzizləməyi çox arzulayıb.Təəssüf ki, bu günü görmək ona nəsib olmadı. Süleyman qardaşımız həyatda olmasa da, onun dünyaya gələn körpəsinin, bir gözü gülüb, digəri ağlayan həyat yoldaşının yanında durmağa çalışdıq.
Həm körpə dünyaya gələn an, həm evinə yola salınanda şəhid xanımına “qəlbimizlə, sevgimizlə sizin yanınızdayıq”-, demək istədim.
Qoy, Süleyman qardaşımızın gözü arxada qalmasın. Xanımı da, körpə qızı da ən dəyərli əmanətimizdir. Balaca Nilufər atasının əziz xatirəsinə olan sevgimizi daim hiss edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Millimiz Moldovaya məğlub oldu
20:10 07.09.2026
Futbol
Polşa uzaqmənzilli pilotsuz uçuş aparatlarını sınaqdan keçirəcək
20:00 07.09.2026
Dünya
Rusiya Almaniyaya qarşı cavab tədbirləri görür
19:45 07.09.2026
Dünya
Güclü külək Bərdə, Tərtər və Ağdamda fəsadlar yaradıb
19:38 07.09.2026
Hadisə
Suriya İrana xəbərdarlıq etdi
18:37 07.09.2026
Dünya
SEPAH: Oman sahillərindən keçən gəmiləri də vuracağıq
17:36 07.09.2026
Dünya
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - HAVA DURUMU
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya
Yəmən Silahlı Qüvvələri əks-hücumda: Ölkəyə nəzarət bərpa edilir
16:21 07.09.2026
Dünya
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur