Rus-erməni təbliğatına qarşı mübarizəni gücləndirməliyik
Turan
08:34 13.10.2020
Cəmiyyət
637
Haqq işimizi ört-basdır etməyə çalışan qüvvələrə qarşı səfərbər olmalıyıq
“Rusiya mediasına ciddi və nüfuzlu şəxslərimizin çıxmasını təmin etmək lazımdır”. Bu sözləri sosial şəbəkə profilində Türkiyədə fəaliyyət göstərən tanınmış jurnalist Sevil Nuriyeva yazıb. Media nümayəndəsi vurğulayıb ki, rus dilini və regiondakı prosesləri mükəmməl bilən, sözü eşidilən, xüsusi çəkiyə malik ictimai-siyasi xadimləri Rusiya teleməkanına daşımaq və fikirlərini rus ictimaiyyətinə çatdırmaq zəruridir.
S.Nuriyeva statusunda məsləhət bildiyi bir neçə tanınmış şəxslərin adlarını da qeyd edib. Jurnalist hesab edir ki, Rusiya kanallarına Lalə Şövkət, Eldar Namazov, Gülər Mikayılqızı, İlyas İsmayılov, Rasim Musabəyov kimi adamlar çıxmalıdır. Onun fikrincə, bu işi Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və Ağalarov kimi təsirli isimlər təşkil etməlidir:
“Rusiya ictimai rəyi bizim üçün çox önəmlidir. Ermənilərə təslim etmək olmaz”.
İlyas İsmayılovun sədrlik etdiyi Ədalət Partiyasının təmsilçisi, sədrin siyasi məsələlər üzrə müavini, “Strateq.az” saytının baş redaktoru Elxan Şükürlü“Şərq”ə açıqlamasında bildirib ki, son hadisələr zəif yerlərimizi, boşluqların olduğu sahələri müəyyənləşdirmək baxımından bizim üçün çox faydalı oldu. Partiya funksionerinin sözlərinə görə, ən axsayan yerlərimizdən biri həm ölkə içində, həm də xaricdə informasiya-təbliğat işinin düzgün qurulmamasıdır:
“Birləşmiş rus-erməni təbliğat maşınına qarşı dura və gerçəkləri ən mötəbər tribunalardan çatdıra biləcək hazırlıqlı kadrlarımız çox azdır. Əlbəttə, rusların erməniləri müdafiəsi dövlət siyasətidir və onlar məqsədli şəkildə bizi aşağılamağa, haqq işimizi öz yalanları ilə ört-basdır etməyə çalışırlar.
Ancaq birləşmiş rus-erməni təbliğatına qarşı biz də Rusiyanın özündən daha çox, onun rəqib saydığı ölkələrdə, həmçinin ABŞ və Avropada, Yaxın Şərq ölkələrində, hətta Çin, Hindistan, Yaponiyada belə öz səsimizi çatdıra biləcək resurslara, mexanizmlərə, kadrlara sahib olmalıydıq. Yaxşı ki, qardaş Türkiyə informasiya-təbliğat işində bizə dəstəyini əsirgəmədi.
Yoxsa camaat çoxdan rus-erməni təbliğat maşınının qarşısında ruhdan düşmüşdü. Xalqımızda çox gözəl döyüş əzmi, mübarizə ovqatı formalaşıb və imkan vermək olmaz ki, düşmənin informasiya-təbliğat maşınının təsiri altına düşək.
Savaş hər yerdə, həm döyüş, həm də informasiya-təbliğat meydanında getməlidir. Bu işdə iqtidar və ya müxalifətdə durmasından asılı olmayaraq, bütün millətin potensialından yararlanmaq lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm