Rusiyalı kriminalist “Lotu Quli”nin öldürülməsindən danışdı
11:40 21.08.2020
Cəmiyyət
842
Rusiyalı kriminalist Mixail İqnatov “360” saytına verdiyi açıqlamada azərbaycanlı “qanuni oğru” Nadir Səlifov öldürülməsində maraqlı olan tərəfləri açıqlayıb.
“Azərbaycanın cinayətkar dairələri digər ölkələrdə tərəvəz, meyvə və göyərti satan həmvətənlərinə nəzarət edir. Cəfəri, şüyüd və sair göyərti məhsullarından 200-300 faiz gəlir əldə etmək olur. Bu, narkotik ticarətindən gələn gəlirlərlə müqayisə oluna bilər. Lakin bəzən digər ölkələrə göyərti ilə bərabər marixuana və həşiş də keçir”, deyə kriminalist bildirib.
M. İqnatovun sözlərinə görə, “Lotu Quli”in “Dörd fəsil”, “Fud siti” və başqa topdansatış bazarlarına nəzarətə görə Çeçenistan kriminal dairələri ilə konflikt yaşayıb.
“Düşünürəm ki, bu, 2014–2015-ci illərdə başlayan müharibənin davamıdır. Göyərti ticarətinə nəzarət etmək üçün Azərbaycan və Çeçenistan cinayətkar qrupları arasında qarşıdurma var. Bu, çox böyük pullar, aylıq yüz milyonlarla dollarla ölçülən mənfəətdir”, - M.İqnatov təxmin edir.
İqnatov həmçinin 2017-ci ilin oktyabrında, 27 il əvəzinə 23 il həbs cəzası çəkən “Lotu Quli” şərti olaraq azadlığa buraxılmasına münasibət bildirib.
“Ümumiyyətlə, qanuni oğru şərti olaraq vaxtından əvvəl azadlığa çıxmamalıdır. Azadlığa çıxmaq üçün dövlətə müraciət etmək lazımdır. Oğru qanunlarına görə o, hökumətdən heç bir şey istəməməlidir. Bəlkə sağlamlıqda problemlərə görə azadlığa çıxıb? Amma mən eşitməmişəm ki, qanuni oğrular cəzadan şərti olaraq vaxtından əvvəl azad olsunlar”, M. İqnatov çaşqınlıq içində fikrini yekunlaşdırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qarabağda məskunlaşmanın əsas şərti ev yox, işdir - Akif Nəsirli
13:13 10.09.2026
Qarabağ
Mеğri icma rəhbəri həbs edildi
12:53 10.09.2026
Region
İngiltərə millisinin sabiq üzvü "Milan"dan ayrılır
12:47 10.09.2026
Futbol
Rusiya hərbi təyyarələri Hindistana enib
12:25 10.09.2026
Dünya
Dünya avqust ayında tarixdəki ən isti ayı yaşayıb
12:07 10.09.2026
Ekologiya
Rusiya ordusu Kiyevdə dron anbarına zərbə endirib
12:03 10.09.2026
Dünya
Məqsədli büdcə fondları ləğv ediləcək
11:57 10.09.2026
İqtisadiyyat
AIDA və TİKA Anlaşma Memorandumu imzalayıb
11:50 10.09.2026
Aktual
İsrail ordusu Qəzzada HƏMAS-a məxsus 3 silah anbarını məhv edib
11:40 10.09.2026
Dünya
II Qareginin işi üzrə məhkəmə iclasının tarixi açıqlanıb
11:17 10.09.2026
Region
Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl göndərildi
11:05 10.09.2026
İqtisadiyyat
Trampdan amerikalılara 5 min dollarlıq vəd
10:47 10.09.2026
Gündəm
Anna Akopyan hakim fraksiya ilə görüşəcək
10:15 10.09.2026
Region
“Qarabağ”dan ayrılan Zubir yeni komandasında debüt etdi
10:09 10.09.2026
Futbol
Xocalı rayonunda mina partlayıb, bir nəfər xəsarət alıb
09:52 10.09.2026
Hadisə