“Rüşvətxor nazirləri qoyub, işçiləri tutmaq doğru deyil” - Sərt açıqlama
Fidan Həmişəyeva
14:40 12.05.2020
Cəmiyyət
963
“Bu o deməkdir ki, korrupsiyaya rəhbərlik edən adamlar kənarda qalır, bəzi icraçılar isə bəlkə də razılaşdırılmış şəkildə guya “ifşa” olunurlar”
“Mədəniyyət Nazirliyində müşahidə olunan cinayət əməlləri göstərir ki, faktiki olaraq nazirlikdə heç bir kadra nəzarət olmayıb”
Ölkəmizdə aparılan islahatlarla bərabər korrupsiyaya qarşı mübarizə sahəsində də ciddi addımlar atılmaqdadır. İlk zamanlar bu kiçik məmurlar səviyyəsində olsa da, sonradan rayon icra hakimiyyəti başçılarının timsalında hakimiyyətin müəyyən qədər yuxarı etalonunda təmsil olunan şəxslərin həbs olunması ilə davam etdirildi. Ağstafa, Yevlax, Biləsuvar, Neftçala və İmişli rayonlarının İcra Hakimiyyətinin başçıları həbs olundular.
Mədəniyyət Nazirinin müavini Rafiq Bayramov və Nazirliyin nəzdindəki Dövlət Xidmətinin rəisi Zakir Sultanov yol verdiyi korrupsiya əməllərinə görə həbs olundular. Azərbaycan mədəniyyətinin inkişafına məsul olan şəxslər ən böyük mədəniyyətsizlik nümayiş etdirərək dövlət əmlakını talayıblar.
Mövcud durumu “Sherg.az”a dəyərləndirən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu baş verənlərdə mədəniyyət naziri Əbülfəs Qarayevin də günahkar olduğunu düşünür:
“Nazirin vəzifəsi odur ki, sağlam kadrlar seçsin və onların fəaliyyətinə nəzarət etsin. Bu gün Mədəniyyət Nazirliyində müşahidə olunan cinayət əməlləri göstərir ki, faktiki olaraq nazirlikdə heç bir kadra nəzarət olmayıb. Hesab edirəm ki, bütün cinayətlərdə Əbülfəs Qarayevin də “əli” var. Çünki uzun illərdir, bu cinayət davam edir. Burada söhbət milyonlarla pulun mənimsənilməsindən, Azərbaycan mədəniyyətinin dağıdılmasından gedir. Başqa xalqlar bütün dünyada onlara məxsus olan mədəni irsi geri qaytarmaq istiqamətində mübarizə aparır, Azərbaycan Mədəniyyət Nazirliyi isə xalqımızın mədəni irsini xaricə satır, müzeydəki dəyərli əsərləri xarici ölkələrə verirlər. Həmçinin Azərbaycan tarixini özündə əks etdirən arxitektura abidələri dağıdılır. Ölkəmizdə son 30 ildə mədəniyyətin inkişafı sıfır səviyyədədir. Hətta sovet hökümətinin vaxtında belə Azərbaycan mədəni cəhətdən indikindən qat-qat inkişaf etmişdi.
Ə.Qarayevin özü rüşvət almasa da, tabeliyində olan insanların fəaliyyətinə nəzarət etmədiyi üçün məsuliyyət daşıyır. Çünki bir nazir kimi onun vəzifələrindən biri kadrları düzgün seçmək, onların fəaliyyətinə nəzarət etməkdir. İnanmıram ki, Əbülfəs Qarayevin bu məsələlərdən xəbəri yoxdur. Əksinə o cinayətkar müavinələrindən özünə də pay götürür. O necə nazirdir ki, Azərbaycanda tarixi abidələrin dağıdıldığını, mədəniyyətə ayrılmış pulların mənimsənilməsini görmür? Əlbəttə, görür və xəbəri var. DTX gəlib onun müavinini ağır cinayətlə həbs edir, amma o deyir ki, “nəticələri gözləyək”. Hansı nəticələri gözləyir axı? Fikrimcə, Ə.Qarayevin özü hamıdan çox məsuliyyət daşıyır”.
Partiya sədrinin fikrincə, Ə.Qarayev vəzifəsini düzgün yerinə yetirsəydi, düzgün kadrlar seçsəydi və kadrlar üzərində qanunauyğun şəkildə nəzarət həyata keçirsəydi, belə cinayətlər olmazdı:
“Ciddi şəkildə yoxlamalar olsa, Ə.Qarayevin özünün korrupsiyaya yol verdiyi üzə çıxacaq. Ona görə də nazirləri qoyub yalnız işçiləri tutmaq yanlışdır. Bu o deməkdir ki, korrupsiyaya rəhbərlik edən adamlar kənarda qalır, bəzi icraçılar isə bəlkə də razılaşdırılmış şəkildə guya “ifşa” olunurlar”.
S.Cəlaloğlunun fikrincə, Ə.Qarayevin nazirliyi dövründə Azərbaycan mədəniyyəti heç bir nailiyyət əldə etməyib:
“Bütün parametrlər üzrə Azərbaycan mədəniyyəti geriləyib. Biz demək olar ki, dünya miqyasında bir dənə əsər ortaya qoyub mədəni irsimizə sahib çıxa bilməmişik. Muzeylərin eksponatları, mədəni abidələr dağıdılıb, ermənilər köçəri rəsmdən tutmuş milli mətbəximizə qədər hər şeyi mənimsəyib. Ə.Qarayev bir dəfə olsun ağızını açıb bu məsələ ilə bağlı ölkə çərçivəsində fikir bildirməyib. Azərbaycan mədəniyyətini oğurlayırlar. Bu günə qədər onun mədəniyyət naziri kimi, proqramı və platforması olmayıb. Həm vəzifəsinin öhdəsindən gəlmir, həm də ətrafında korrupsioner ordu yaradır. Ayrılan pulların heç biri xalqın mədəni səviyyəsinin inkişafına sərf olunmur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya