“Sağlamlığın qorunması üçün təhlükəsizlik tədbirlərinə riayət etməliyik”
Şəymən Bayramova
09:42 11.06.2020
Cəmiyyət
985
“İnsanların sıx toplaşdığı ərazilərə yaxınlaşarkən, qapalı məkanlara girərkən, bir-birimizlə kontaktda olarkən maska və əlcəkdən istifadə etməliyik”
Hökumətin pandemiyanın ilk günlərindən qəbul etdiyi qərarlar və karantin rejiminin tətbiqi nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün olurdu. Məhz bu səbəbdən karantin rejimindən mərhələli çıxmaq planı artıq başlanmışdı. Ancaq sərt karantin rejiminin yumşaldılmasından sonrakı dövrdə insanların çoxu TƏBİB-in açıqladığı metodiki göstərişlərə əməl etmədi, ictimai nəqliyyatda, qapalı məkanlarda tibbi maska taxmadı, sosial məsafəni gözləmədi. Bundan sonra, Operativ Qərargah yenidən karantin qaydalarının sərtləşdirilməsi ilə bağlı müəyyən qərarlar verməyə məcbur oldu.
Daha dəqiq desək, hər gün bir az daha artan son yoluxma sayı həftə sonlarında küçəyə çıxmağın, ictimai və fərdi nəqliyyat vasitələrinin hərəkətinin qadağan edilməsi zərurətini yaratdı.
Sözügedən qadağalarla bağlı “Sherg.az”a açıqlama verən Milli Məclisin deputatı Müşfiq Məmmədli hesab edir ki, həftəsonu tətbiq olunmuş sərt karantin rejimindən sonra biz yenidən insanların sağlamlığının qorunması üçün lazım olan təhlükəsizlik tədbirlərinə riayət etməliyik.
Koronavirusun yayılmasının qarşısını almaq üçün ilk növbədə sosial məsafənin saxlanılmasının önəmini vurğulayan deputat deyib ki, ikinci əsas məsələ qoruyucu vasitələrdən istifadədir:
“İnsanların sıx toplaşdığı ərazilərə yaxınlaşarkən, qapalı məkanlara girərkən, bir-birimizlə kontaktda olarkən maska və əlcəkdən istifadə etməliyik. Eyni zamanda evə geri döndükdən sonra tibbi spirt və digər dezinfeksiyaedici məhsullardan istifadə də mühümdür.
Digər vacib məsələlərdən biri isə ehtiyac olmadıqca alış-veriş məkanlarına, ictimai-iaşə obyektlərinə getmək və ictimai nəqliyyatdan istifadəyə məhdudiyyət qoyulmasıdır. Sağlamlıqla bağlı ciddi problem olanda isə tibb müəssisələrinə müraciət edilməlidir. Bunlar da insanların sıx toplaşdığı məkandır.
Bu məkanlarda virusdan qorunma qaydalarına sərt karantin qaydalarının tətbiq olunmadığı günlərdə belə diqqətlə yanaşmaq lazımdır. Əgər bu deyilənlərə tam şəkildə əməl olunarsa, alternativ üsullara əl atmağa ehtiyac qalmayacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
2026-cı ilin payızına damğa vuracaq 7 moda trendi
11:49 13.09.2026
Maraqlı
İsrail ordusu Livanın cənubuna artilleriya zərbələri endirib
11:45 13.09.2026
Dünya
Vanı nəhəng çəyirtkələr bürüdü: Boyları 20 santimetrə çata bilir
11:30 13.09.2026
Hadisə
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian
11:06 13.09.2026
Dünya
Gümrüdə parklanma mübahisəsi qətllə nəticələnib
10:55 13.09.2026
Hadisə
Tatarıstana hücum edildi: ölü və yaralılar var - VIDEO
10:46 13.09.2026
Dünya
Messi MLS-də bombardirlər yarışında liderliyə yüksəldi
10:45 13.09.2026
Futbol
Uşaqlarda yanıq riskini azaltmaq üçün tövsiyələr
10:37 13.09.2026
Sağlamlıq
Banqladeşdə qızılca şübhəsi ilə ölən uşaqların sayı 999-a çatıb
09:57 13.09.2026
Dünya
Macarıstan III Çarlzdan hədiyyə etdiyi iki atını geri istədi
09:31 13.09.2026
Dünya
Sinopda bu il yumurtadan çıxan 73 leylək köç yoluna başlayıb
08:31 13.09.2026
Maraqlı
Rusiyada məktəblərdə hərbi hazırlıq saatları artırılıb
08:07 13.09.2026
Dünya
Bədəndə çoxlu xalınız varsa, hər il saymalısız – Onkoloq
07:29 13.09.2026
Sağlamlıq