Sahibinin çiynindən düşmür, 500 söz bilir, dua oxuyur
12:46 22.02.2021
Cəmiyyət
765
"Sherg.az" CNN-ə istinadən bildirir ki, Türkiyədə yerləşən Niğdənin Bor bölgəsində qurudulmuş meyvə dükanı işlədən Kuddusi Issı , 14 ildir 500 kəlmə danışan və dua oxuyan Paşa adlı tutuquşunu çiynindən endirmir.
Tutuquşusunun ailənin bir üzvü olduğunu deyən edən Issı, dükana gələn müştərilərə “xoş gəldin”, “ "hacı içəridədir" və “sağ olun” deyə səsləndiyini deyir.
Issı tutuquşusuna təxminən 500 söz öyrətdiyini qeyd edib:
"Tutuquşu asılılıq yaradır. Eyni zamanda özünü sevdirmək üçün çox cilvələnir. O bizdən vaz keçmir, biz də ondan. Hara gedirəmsə, mənimlə gəlir. Səhər duranda "ata, gəl dükana", "ata gəl evə gedək" kəlmələrini işlədir.
İnsanda olması lazım olduğundan daha çox xüsusiyyət var. Sədaqət, sahiblik hissi olan, qısqanc bir heyvandır. Danışar, dua edər. Sanki dostum, həm də oğlumdur".
Issı tutuquşunun nəvələrini və həyat yoldaşını qısqandığını vurğulayıb:
“Bəzən konkret olaraq ondan danışmasını xahiş etdiyimiz sözlər olur. Ümumiyyətlə, danışdığımız sözləri öyrənir. Təhqir etmir. Özünəməxsus bir dünyası var. Dünyamıza uyğundur, bizimlə səhər yeməyi yeyir. Nə istədiyini işarət edir, biz də veririk. Maraqlanmayanda dərhal inciyir. Nəvələrimi qısqanır, sevməyimi istəmir. Onları incitməyə çalışır. Həyat yoldaşımla yaxınlaşmağımı da istəmir. O bizim ailənin üzvüdür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq