Şahin Mustafayevlə iranlı nazir arasında telefon danışığı olub
17:57 04.08.2020
Cəmiyyət
605
4 avqust 2020-ci ildə Baş Nazirin müavini, Azərbaycan-İran Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev ilə İran İslam Respublikasının İqtisadi İşlər və Maliyyə naziri, Dövlət Komissiyasının İran tərəfindən həmsədri F.Dejpəsənd arasında telefon danışığı olub.
Nazirlər Kabinetinin mətbuat Xidmətindən verilən məlumata görə, telefon danışığı zamanı hər iki tərəf Azərbaycan və İran arasında müxtəlif sahələrdə, xüsusilə iqtisadiyyat, ticarət, sənaye, kənd təsərrüfatı, turizm, İKT, tranzit və daşınmalar sahəsində əlaqələrin inkişafından məmnunluqlarını dilə gətirib və əlaqələrin daha da genişləndirilməsi yollarını müzakirə ediblər.
Tərəflər iki ölkə arasında uğurla həyata keçirilmiş - “Xəzər” avtomobilləri istehsal edən Azərbaycan-İran müştərək avtomobil zavodunun fəaliyyəti və digər müştərək layihələrdən məmnunluq ifadə ediblər. Hacıqabul Sənaye Məhəlləsində avtobus və yük maşınları istehsal edəcək zavodun tikintisinin başa çatdırılması, Azərbaycanda quru meyvə istehsalı və əczaçılıq üzrə birgə müəssisənin təsis olunması ilə bağlı işlərin sürətləndirilməsinin vacibliyini vurğulayıblar.
Söhbət zamanı strateji əhəmiyyətə malik “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi”nin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən işlər barədə fikir mübadiləsi aparılıb. Bu istiqamətdə Astaraçay üzərində inşası planlaşdırılan avtomobil yolu körpüsünün ölkələrimiz və region üçün əhəmiyyəti qeyd olunub.
Energetika sahəsində uğurlu əməkdaşlığın davam etdirilməsi, İran-Azərbaycan-Rusiya arasında elektrik xətlərinin sinxronlaşdırılması sahəsində görülən işlərin əhəmiyyəti qeyd olunub.
Pandemiya dövründə iki ölkənin iqtisadi əlaqələrinin mövcud protokollara riayət etməklə davam etdirilməsinin və iki ölkə arasında ticarət və tranzit üçün sərhədlərin açıq saxlanılmasının əhəmiyyəti vurğulanıb. Eləcə də son aylarda iki ölkə arasında daşınmalar və tranzit mübadiləsinin artmasından məmnunluq ifadə olunub.
Həmçinin, iki ölkə arasında iqtisadiyyat, sənaye, daşınmalar, müştərək məhsul istehsalı və digər sahələrdəki əməkdaşlığın daha da inkişaf etdirilməsi yollarına dair fikir mübadiləsi aparılıb. Dövlət başçılarının tapşırıqlarına uyğun olaraq, yaxın vaxtlarda aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə Komissiyanın video konfrans formatında iclasın təşkilinə dair razılıq əldə olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm