Samux sakini keçmiş qayınatası tərəfindən döyülüb - YENİLƏNİB
12:10 06.10.2025
Cəmiyyət
415
Samuxda 44 yaşlı kişinin döyülməsi ilə bağlı araşdırmaya başlanılıb.
Bu barədə APA-nın yerli bürosuna Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.Onun sözlərinə görə, hazırda Samux rayon Polis Şöbəsində Z.Səmədovun döyülməsi ilə bağlı araşdırma aparılır. Müvafiq ekspertizalar təyin olunub. Ekspertizanın rəyindən və araşdırmaların nəticəsindən asılı
***
06.32
Samux rayonunda 44 yaşlı kişi döyülüb.
APA-nın yerli bürosuna məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
Rayon sakini, 1981-ci il təvəllüdlü Z. Səmədov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Dərhal ona yardım edilib, hazırda 44 yaşlı kişinin vəziyyətinin ağır olduğu bildirilir.
İlkin məlumata görə Z. Səmədov hadisə vaxtı sərxoş olub. Onun keçmiş qayınatası tərəfindən küt alətlə döyüldüyü bildirilir.
Baş vermiş hadisə ilə bağlı araşdırmaya başlanıb.
TƏBİB-dən APA-ya verilən məlumata görə, oktyabrın 6-da saat 01:40 radələrində 1 nəfər (kişi cinsli) Samux Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Başın açıq yarası, üzün çapılmış yaraları, dəqiqləşdirilməmiş pnevmotoraks, said sümüklərinin dəqiqləşdirilməmiş hissəsinin sınığı diaqnozları təyin edilən şəxsə ilkin tibbi xidmət göstərilib.
Pasiyent daha ixtisaslı tibbi xidmət üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya təxliyə olunub. Müvafiq şöbədə müalicəsi davam etdirilən şəxsin vəziyyəti orta ağırdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Malavi Prezidentini təbrik etdi
11:03 06.07.2026
Gündəm
ABŞ qoşunlarını Estoniyadan tamamilə çıxarıb
10:50 06.07.2026
Dünya
Avropa sülhdən danışsa da, müharibəyə hazırlaşır...
10:44 06.07.2026
Dünya
Gilasın bilmədiyiniz zərəri...
10:41 06.07.2026
Sağlamlıq
Kontakt linzaların onlayn satışına icazə verildi
10:39 06.07.2026
Sağlamlıq
Paşinyan Rusiyaya işgüzar səfərə yollanıb
10:22 06.07.2026
Gündəm
Uzun müddət oturmaq ölüm riskini artırır
10:17 06.07.2026
Sağlamlıq
İynədən sonra əlil qalan uşağın işi məhkəməyə göndərildi
09:29 06.07.2026
Hadisə
İstidə sərinlənməyin ən təhlükəli üsulları açıqlanıb
08:55 06.07.2026
Maraqlı
Pasiyentlər əməliyyat zamanı həkimləri eşidir
08:34 06.07.2026
Sağlamlıq
Lilit Qalstyan ATƏT PA-nı Bakıya təzyiq göstərməyə çağırıb
07:25 06.07.2026
Gündəm
Arıqlamağa mane olan 3 böyük səhv
05:47 06.07.2026
Maraqlı
Azərbaycanlı gənc Polşada göldə boğuldu
04:27 06.07.2026
Hadisə
Rusiyada kanat yolunda 16 nəfər köməksiz qaldı
03:27 06.07.2026
Hadisə