Sanki həzz alırlar...
01:19 04.02.2021
Cəmiyyət
517
Saxlanan həkim seçilmək üçün vahimə yaradan səs yazısı yayıb
Son günlərdə sosial şəbəkələrdə insanları olduqca narahat edən səs yazısı yayılıb. Koronavirusun 3-cü dalğasının təhlükəli və qorxunc olacağından xəbər verən səs yazısını yayan şəxsin kimliyi DTX-nın araşdırmaları nəticəsində müəyyən edilib.
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkimi İlahə Məcidova tərəfindən bir neçə gün öncə sosial şəbəkələrdə paylaşılan səs yazısı ölkəmizdə COVİD-19 virusunun 3-cü dalğasının qorxulu olacağı, uşaqlar arasında bu səbəbdən ölüm hallarının baş verəcəyi barədə əsassız məlumatlar öz əksini tapıb. Bu hal insanlarda vahimə və təşvişə səbəb olub.
Psixoloq Fərqanə Mehmanqızı "Şərq"ə açıqlamasında deyib ki, belə adamların saxta məlumatları yaymaqda məqsədi insanları özünə cəlb etmək və fərqli görünməkdir:
"Hazırda sosial şəbəkələr insanlar tərəfindən aktiv şəkildə istifadə olunur. Hər kəs indiki dövrdə fərqlənmək istəyir. Bu tipli səs yazısı, yaxud saxta məlumat yaymaqla insanlar sosial platforma vasitəsilə özlərini fərqlənmiş hesab edirlər. Həmin şəxslərin həyata baxışında çox maraqlı tendensiyalar var. Belə ki, anonim olsa da onlar bu cür informasiyaları yayaraq seçilmək istəyirlər. Həmin şəxslər əhali arasında ajiotaja səbəb olmaqdan sanki həzz alır və özgüvənlərini yeniləyirlər. Belə hallar cəmiyyətə olan aqressiyadan yarana bilər. Təəssüf ki, sözügedən məlumatlara inananlar çox olur. Bu da cəmiyyətdə müəyyən problemlər yarada bilir".
Aytac Ali
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya