Savaşdan dönənlərə psixoloq yardımı mütləqdir
Yusif Sultanoğlu
09:56 29.12.2020
Cəmiyyət
663
Yəqin ki, dövlət və QHT layihələri olacaq
İkinci Qarabağ müharibəsininin iştirakçıları artıq evlərinə qayıdır. Şübhəsiz 44 günün ağrısını, acısını onlar görüb, yaşayıblar. Bizim əlimizdən ancaq dəstək olmaq, yaralarına məlhəm axtarmaq gəlir. Bu səbəbdən də zaman-zaman psixoloqlarla həmsöhbət olub, savaşçılarımızın psixoloji durumu haqqında danışırıq.
Mövzu ilə bağlı psixoloq Fərqanə Mehmanqızı "Şərq"ə açıqlama verib. O müharibə iştirakçılarında psixoloji narahatlıqların olduğunu təsdiqləyib:
"Şəhid olanları gözləri ilə görən insanların sarsıntılarını görməmək mümkün deyil. Onların heç nə olmamış kimi sivil həyata davam etmələrini gözləmək absurddur. Məsələyə ciddi, anlayışlı yanaşmalıyıq.
Ölümlə üz-üzə olmalarını, dostlarını itirmələrini anlamalı, empatiya bacarığımızı inkişaf etdirməliyik. Müharibədə başlarına gələn hadisələri dinləməliyik.
İnsanlar hər hansı hadisəni öz psixoloji durumuna uyğun qavrayır. Reaksiyası psixologiyasına görə olur. Heç kim deyə bilməz ki, "mən beləyəm, o biri niyə fərqlidir".
Bəziləri savaşdan sonra özünə qapanır, kimisi də eyni hadisəni dəfələrlə danışır. Bəlkə də onların sadəcə dinlənilməyə ehtiyacı var. Heç bir rəy bildirmədən əvvəlcə qulaq asmalıyıq. Əgər danışmaq istəyirlərsə, danışacaqlar.
Yaxud da danışmaq istəmirlərsə, onları məcbur etməyək. Yenə də özlərinə qapanmalarını aradan qaldırmaq üçün maraqlanmalıyıq, diqqət göstərməliyik.
Düşünürəm ki, döyüşçülərlə psixoloqlar söhbət etməlidirlər. Yəqin ki, dövlət və QHT layihələri olacaq. Hər hansı bir tədbir görüləcək. Qazilərimizlə, döyüşçülərimizlə psixoloqlar fərdi və qrup şəklində işləməlidir.
Onların cəmiyyətə inteqrasiyası, aldıqları travmanı aradan qaldırmaq üçün psixoloq dəstəyi vacibdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropanın ən hündür vulkanı aktivləşdi
22:18 02.07.2026
Dünya
Rusiya səfirliyə edilən hücumla bağlı İsveç XİN-ə nota göndərib
21:47 02.07.2026
Dünya
Şeyx Xameneinin dəfnində iştirak etməyəcək - Səbəb
21:31 02.07.2026
Cəmiyyət
Belarusdan Rusiya ilə bağlı - Xəbərdarlıq
20:58 02.07.2026
Dünya
SEPAH İrana keçən kürd silahlı qrupunun məhv edildiyini açıqlayıb
20:45 02.07.2026
Region
Ermənistanda 2,4 bal gücündə zəlzələ baş verib
20:33 02.07.2026
Dünya
Niderland Ukraynaya qoşun göndərməyə hazırdır
19:58 02.07.2026
Dünya
Xamenei həyat yoldaşının vida mərasiminə qatılmadı - Müəmma
19:42 02.07.2026
Region
Özbəkistan Prezidenti Gürcüstana səfər edib
19:35 02.07.2026
Gündəm
Azərbaycanda “kağızsız hökumət” modeli qurulur - RƏY
19:19 02.07.2026
Gündəm
Paşinyan Koçaryandan danışıb: Hamısı həbs olunacaq
19:18 02.07.2026
Cənubi Qafqaz
Xalq şairi Nəriman Həsənzadənin son durumu açıqlandı
18:37 02.07.2026
Ədəbiyyat