Ötən ilin sonunda “Azəriqaz” smart tipli sayğacları mexaniki ilə əvəzlədi. Yəni 21-ci əsrdən 20-ci əsrə qayıtdı. Adını belə qoydular ki smart sayaclar gya hər 5 ildən bir ekspertiza üçün yoxlanışa aparılır. Bu hesabla 5 ildən sonra yenidən smart tpli sayğaca keçəcəyik, ya da mexaniki sayğacımız, yenisiylə əvəzlənəcək. Belə çıxır. Məsələnin başqa tərəfi “Azəriqaz” tərəfindən “yararsız” elan olunan smart tipli sayğacların köhnə, işlənmiş mexaniki sayğaclarla əvəzlənməsidir. İlk vaxtlar təqdim olunan qəbzlərdəki abonent nömrələri başqa abonentin adına olurdu, yəni, bir abonentin sayğacını çıxarıb başqa ünvana quraşdırırdılar, sistem ləng işlədiyindən köhnə abonentin kodu çıxırdı. Hansısa ünvandan mexaniki sayğacı çıxarıb başqa ünvana gətirməyin “fəlsəfəsi” nədir, indi məlum olur. Mexaniki sayğaclar qaz sərfyyatını daha çox göstərir, ya da burada kənar müdaxilə var. Abonentlər də bundan sosial şəbəkələrdə narazılıq edirlər. Bir çoxları bu qənaətdədir ki, mexaniki sayğaclar smart-kart tipli sayğaclarla müqayisədə təbii qaz sərfiyyatını daha çox göstərir. Həmçinin mexaniki sayğaclara kənardan müdaxilə imkanları mümkündür və bu səbəbdən abonentlər daha yüksək ödəniş etməli olurlar. Smart-kart tipli sayğacların abonentlərə xəbərdarlıq edilmədən gizli şəkildə mexaniki ilə əvəzlənməsi də şübhələri artırır. Həqiqətən də “Azəriqaz” əməkdaşları abonentlərə məlumat vermədən, sayğacları tələsik, gizlicə, xəbərsiz niyə dəyşməli idi ki?
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı “Sherg.az”a açıqlamasında qeyd etdi ki, təxminən 10 il “Azəriqaz” smart tipli sayğaclara keçidi elan etdi və əksər abonentlərə Fransa istehsalı olan keyfiyyətli smart tipli sayğaclar quraşdırıldı:

- Sayğacların abonentlərə xəbər verilmədən dəyişdirilməsi qanunsuzdur. Bir neçə il əvvəl bizim ofisdə də sayğacı dəyişmək istəyirdilər, həmin vaxt gəlib çıxmasaydım, dəyişəcəkdilər. İcazə vermədim. Smart tipli sayğaclara müdaxilə mümkün deyil deyə, mexaniki sayğaclara keçirlər. Texniki sənədlərdə qarantiya verilir, neçə müddətlikdir. Sayğaclar dəfələrlə dəyişdirilir. Üzərini qapaqla örtmürlər. küçədə quraşdırılır, açıq qalır, sonra da gəlib abonenti təhdid edirlər ki, müdaxilə etmisiniz sayğaca. Sayğaclar qutunun içində olmalı və abonentin iştirakı ilı baxılmalı, qəbz yazılmalıdır. Gəlib özbaşına açırlar, baxırlar, abonentə bildirilmir, nə qədər sərfuyat olub, necə hasablanır. Ev sahibi evdə deyilsə, onun sayğacını dəyişmək, qapağı açmaq olmaz. “Azəriqaz” özünü hokmran kimi aparır, abonent hüquqlarını saymır, nəzərə almır, istədiyini edir. Smart tipli sayğacların mexaniki ilə əvəzlənməsinin daha çox sərfiyyatın qeydə alınması məqsədi daşıdığına, qaza olan itkini bununla bağlamağa çalışıldığına dair şübhələr var, amma rəsmi bir şəxs çıxıb açıqlama vermək, izah etmək məsuliyyəti daşımır.
M.Qəhrəmanlı bildirdi ki, “Azəriqaz” da ciddi struktur dəyişikliyi aparılmalıdır. Yuxarıdan aşağıya:
- “Optimallaşdırma” dedikləri prosesə rəhbər vəzifələrdən başlasalar yaxşıdır. Orada ciddi struktur islahatları aparılmalıdır. “Azəriqaz” Dövlət Neft Şirkətinin tərkibindən çıxarılmalıdır. Hasilatla satış bir əldə cəmlənə bilməz. Ciddi yoxlamalar aparılmaldırı, müstəqil qurum tərəfindən. Satışla bir deyil, 2-3 şirkət məşğul olmalıdır, necə ki bir sıra Avropa ölkələrində belədir. Abonentlər narazı, əməkdaşlar narazı, amma veclərinə deyil. Abonentlərin çağırışına cavab verilmir. Adını “ağıllı sayğac” qoymuşdular, nə oldu? İşləri hardansa sayğac almaq, sayğac dəyişməkdir. Özü də xəlvəti. Kefləri nə istəyir, onu edirlər.