Səbuhi Abbasov: "Prezident texnoloji inkişafın strateji yol xəritəsini təqdim etdi"
Şəymən Bayramova
10:58 22.05.2020
Cəmiyyət
996
Ölkəmizin rəqəmsallaşdırılması, informasiya texnologiyalarının bütün sahələrdə tətbiq edilməsi bizim prioritet sahəmizdir”.
Bunu Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib.
Ölkə başçısının sözlərinə görə, gələcək illərdə Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində liderlik mövqelərini daha da möhkəmləndirəcək. Prezident onu da qeyd edib ki, pandemiya dövründə, özünütəcrid şəraitində informasiya texnologiyaları olmadan iş görmək mümkün deyil: “Misal üçün, mənim görüşlərim, videokonfrans şəklində keçirdiyim Zirvə görüşləri müasir texnologiyalar olmadan mümkün deyil. Hazırda həm iqtisadi sahədə, həm təhsil, səhiyyə, kənd təsərrüfatı sahələrində və digər sahələrdə, o cümlədən, bizim su resurslarının nəzarəti, su balansının formalaşması və itkilərin azaldılması istiqamətində də məsələ qaldırıldı. Ona görə bu sahə, hər kəs bunu bilməlidir, gələcəyə atılan addımdır”.
Görünən odur ki, ölkənin rəqəmsallaşdırılması əsas zərurətə çevrilib. Maraqlıdır, rəqəmsallaşdırma və informasiya texnologiyalarının bütün sahələrdə tətbiqi ölkəmizə nə vəd edir və bu istiqamətdə aparılan siyasət bizə nə verəcək?
Məsələyə münasibət bildirən internet-media eksperti Səbuhi Abbasov dünyada yeni dönəmin başlandığını söyləyib:
"Son 6 ayda bizim qarşımızda yeni dünya açıldı. Əslində, bütün dünya son 10 ildə bu prosesə hazırlaşırdı. Lakin pandemiya bütün planları surətləndirdi və zəruriləşdirdi. Artıq biz rəqəmsal dünyanın önəmini, gücünü və vacibliyini dərk etməyə başlayırıq. Sevindirici haldır ki, son 5 ildə Prezident İlham Əliyevin təşəbbüsü və birbaşa iradəsi ilə texnoloji imkanlarımızı yeniləməyi, tətbiq etməyi və təkmilləşdirməyi bacarmışıq. Bu gün artıq süni peykimiz var, beynəlxalq standartlara cavab verən texnologiya parklarımız mövcuddur. Eyni zamanda, son 10 ildə kifayət qədər ciddi kadrlarımız formalaşıbdır. Lakin bütün bunlar ümumi işlərin yalnız bir hissəsidir. Prezident son çıxışında, əslində, texnoloji inkişafın strateji yol xəritəsi təqdim etdi. Hesab edirəm ki, istisnasız bütün sahələr rəqəmsal alətləri tətbiq etməli, eyni zamanda, bunun təhlükəsizlik tərəfini təmin etməlidir. Pandemiyadan sonra dünya əvvəlki düzəninə qayıtmayacaq. Bu mənada, ayaqda qalmaq istəyən, inkişaf etmək istəyən ölkələr, cəmiyyətlər mütləq bu reallığı dərk etməlidir. Bundan başqa Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ən qısa zamanda innovativ və interaktiv startapları dəstəkləməli, mümkün olarsa müsabiqə elan etməlidir. Prezident rəqəmsal alətlərin tətbiqinin nə qədər zəruri olduğunu çox aydın və sistemli şəkildə izah etdi. Bu mənada, rahat şəkildə deyə bilərik ki, qarşıda bizi olduqca gərgin, eyni zamanda maraqlı dünya gözləyir"
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
06:43 07.08.2026
Cəmiyyət
“Chanel” birinciliyi heç kimə vermir
06:06 07.08.2026
Relaks
Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb, xəsarət alan var
05:25 07.08.2026
Gündəm
Almaniyada iki İraq vətəndaşı terror şübhəsi ilə saxlanılıb
03:33 07.08.2026
Dünya
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət