Həmçinin, uzun müddətdir köhnə parkomatlar işlək vəziyyətdə deyil. Amma avtomobillərin dayanmasına görə sürücülərdən ödəniş tələb edilir, bilinmir ki, bu ödənişlər hara, hansı ünvana çatır. Belə görünür ki, parkomatların yenilənməsinə başlanır artıq. Qiymətlər barədə isə hələ məlumat yoxdur.
Şəhərdə parklanma yerləri artırılmalıdır
Məlahət Rzayeva
10:15 15.01.2021
Cəmiyyət
634
Xüsusilə metrostansiyaların qarşısında qayda-qanun yaradılmalıdır
"Tıxacların əsas səbəblərindən biri parklanma yerlərinin olmamasıdır"
“28 May” metrostansiyasının qarşısında yeni parkomatlar quraşdırılacaq və parklanma yerləri müəyyənləşəcək. Məqsəd ərazidə nəqliyyatın, xüsusilə də ictimai nəqliyyatın rahat hərəkətini təmin etməkdir. Məlumdur ki, təkcə adıçəkilən ərazidə deyil, ümumiyyətlə, paytaxtda avtobus dayanacaqlarının qarşısı, ətrafı həm fərdi, həm də taksi xidməti göstərən avtomobillərlə tutulur. Avtobuslar dayanacağa daxil ola bilmir, yolun hərəkət hissəsində basırıq yaranır, bu da tıxaclara səbəb olur.
Həmçinin, uzun müddətdir köhnə parkomatlar işlək vəziyyətdə deyil. Amma avtomobillərin dayanmasına görə sürücülərdən ödəniş tələb edilir, bilinmir ki, bu ödənişlər hara, hansı ünvana çatır. Belə görünür ki, parkomatların yenilənməsinə başlanır artıq. Qiymətlər barədə isə hələ məlumat yoxdur.
“Avtosfer.az” saytının baş redaktoru, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı “Şərq”ə açıqlamasında “28 May” metrostansiyası qarşısında yeni parkomatların Azərbaycan Dəmir Yolları QSC tərəfindən quraşdırıldığını dedi:
- Buna səbəb, birincisi, o ərazidə xaotik vəziyyətin olmasıdır. Təsəvvür edək ki, gün ərzində nə qədər insan dəmir yollarının xidmətindən istifadə edir (pandemiyanı nəzərə almasaq), gedən-gələn, yüklər daşınır, qonaqlar gəlir. Ölkəyə gələn birisi vaqondan düşür və vağzal önündə belə bir xaotik vəziyyətlə qarşılaşır. Bu, xoş görüntü deyil. Ona görə də ADY QSC ərazidə yeni parkinqin yaranmasına göstəriş verib. Ərazidə parklanma yeri müəyyənləşəcək və parkomatlar qoyulacaq. Amma qiymət haqqında dəqiq məlumat yoxdur. Bildiyim qədər, qiymət bahadır. Təxminən Hava limanındakı qiymətlər kimidi. Ümumiyyətlə, Bakı şəhərində parklanma qiymətləri hələ də müəyyənləşməyib. Nazirlər Kabineti tərəfindən vahid qiymət müəyyənləşənədək belə şərait davam edəcək. NK tərəfindən tarif müəyyənləşərsə, o zaman hava limanı, dəmir yolu vağzalında da vahid tarifə uyğun qiymətlər olacaq.
E.Muradlı qeyd etdi ki, paklanma yerlərinin şəhərin digər ərazilərində aranmasına ciddi ehtiyac var:
- Xüsusilə metro stansiyalarının qarşısında qayda-qanun yaradılmalıdır. Tıxacların əsas səbəblərindən biri parklanma yerlərinin olmamasıdır. Konkret ərazilər müəyyənləşmədiyi üçün maşını kim harda istəyir saxlayır. Yolun hərəkət hissəsini zəbt edirlər. 4 zolaqlı yol 3-ə, 3 zolaqlı 2-yə, 2 də 1-ə enir. Əlbəttə tıxac olacaq. Amma baxırsan ki, parklanma harda olacaq? Metrostansiyaların qarşısında elə basabasdı ki, əl qoymağa yer yoxdur, nəinki maşın saxlamağa. Bunun günahı metrostansiyaların qarşısında, ətrafında obyekt tikintisinə icazə vermiş icra hakimiyəti başçıları, məmurlardı. Elə basırıqdı ki, metronun çıxışını, girişini güclə tapırsan. Bəzən taksilər, fərdi avtomobillər üçün yer ayrılsa da, yenə də dayanacaqda saxlayırlar. Çünki yer tapmırlar saxlamağa. Bu porblem həllini tapmalıdır ki, avtobus öz yoluyla, taksi də öz yoluyla hərəkət etsin. Sərnşin də, vətəndaş da rahat yolunu getsin.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm