"Torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan qardaşlarımızın xatirəsi xalqımız tərəfindən həmişə uca tutulub. Bank rəhbərliyi tərəfindən şəhidlərimizə qarşı göstərilən bu diqqət insanlarda vətənpərvərlik ruhunun artırılmasına bir töhfə kimi dəyərləndirilməlidir. Bu diqqət üçün "Kapital Bank"ın rəhbərliyinə və bütün kollektivinə təşəkkür edirəm, onların bu alqışalayiq addımını cəmiyyətə ünvanlanan müsbət mesaj hesab edirəm".
Şəhid mayorumuzun bütün kredit borcu silinib
Şəymən Bayramova
12:48 25.07.2020
Cəmiyyət
948
Qarabağ qazisi: "Bu alqışalayiq addımı cəmiyyətə ünvanlanan müsbət mesaj hesab edirəm"
“Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən tərəfinin təxribatları nəticəsində Tovuz rayonunda qəhrəmancasına həlak olan mayor Novruzov Anar Gülverdi oğlunun “Kapital Bank”a olan kredit borcu bank tərəfindən silinib.
Bu barədə jurnalistlərə açıqlama verən “Kapital Bank”ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov deyib ki, banka borcu olan digər hərbi qulluqçuların da borcları silinib:
“Bu ilin iyul ayında Tovuz istiqamətində gedən döyüşlər zamanı şəhid olmuş digər hərbçilərin də nağd pul, avans krediti və “BirKart”larına borclarının olduğu üzə çıxıb. Həmin borclar da “Kapital Bank” tərəfindən tam olaraq silinəcək. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
Qarabağ qazisi Rizvan Vəliyev şəhid hərbiçilərimizin kredit borclarının bank tərəfindən silinməsini müsbət təşəbbüs kimi yüksək qiymətləndirib.
"Kapital Bank"ın bu humanistliyinin digər banklar üçün nümunə olacağına ümid edən Qarabağ qazisi hesab edir ki, biz ancaq millət-dövlət vəhdətinin fonunda qələbəyə doğru irəliləyə bilərik:
"Torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan qardaşlarımızın xatirəsi xalqımız tərəfindən həmişə uca tutulub. Bank rəhbərliyi tərəfindən şəhidlərimizə qarşı göstərilən bu diqqət insanlarda vətənpərvərlik ruhunun artırılmasına bir töhfə kimi dəyərləndirilməlidir. Bu diqqət üçün "Kapital Bank"ın rəhbərliyinə və bütün kollektivinə təşəkkür edirəm, onların bu alqışalayiq addımını cəmiyyətə ünvanlanan müsbət mesaj hesab edirəm".
R.Vəliyevin sözlərinə görə, indi baş verənlər yeni olduğu üçün düzgün dəyərləndirmə apara bilmirik. Amma üzərindən bir müddət keçəndən sonra xronoloji ardıcıllığı izləyəndə görəcəyik ki, illərlə arzusunda olduğumuz milli birliyə nail olmuşuq:
"Birinci Qarabağ müharibəsi zamanı bizim ən böyük problemimiz əhali arasında milli birliyin zəif olması ilə bağlı idi. Təsəvvür edin ölkənin bir çox rayonlarında döyüş gedir, amma Bakıda müharibə ab-havası yox idi. Bu gün isə tamamilə fərqli mənzərənin şahidi olduq. General Polad Həşimovun şəhadəti zamanı biz millət-dövlət vəhdətinin ən yüksək səviyyədə şahidi olduq.
Ordumuzun o cür döyüşçünü itirməsi bizim üçün hər nə qədər üzücü olsa da, vətəndaşlarımızın reaksiyası, küçələrə axın etməsi bizi çox qürurlandırdı. Qələbənin ən böyük görüntülərindən biri məhz generalın əsgərlə birlikdə səngərdə döyüşməsidir. Polad Həşimov məhz bu yöndə bütün stereotipləri qırdı".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm