Şəhid xanımlarını tənqid etməyin !- "Onlar qəhrəmanlarını yaşatmaq istəyirlər"
Yusif Sultanoğlu
15:06 23.02.2021
Cəmiyyət
877
Vətən müharibəsində şəhadətə ucalan oğullarımızın xanımları onların adına İnstaqramda səhifələr açıblar. Həmin profillərdə həyat yoldaşlarının fotolarını, videolarını paylaşıb, xatirələrindən yazırlar. Əksər sosial şəbəkə istifadəçisi də igidlərin sevdiklərinə dəstək olur, təskinlik verirlər. Lakin millətimizin “üz qaraları” da yox deyil. Məsələn, yaxın günlərdə bir şəhidin xanımnın paylaşımı diqqətimi çəkdi.
Postuna yazılan rəyin fotosunu səhifə izləyiciləri ilə bölüşüb. Oxudum, lakin oxumaz olaydım. Şəhidin ömür-gün yoldaşının dırnağının uzunluğu, məlum “comment”in müəllifinin “ gözlərini çıxardıb”. Kədərli qadına irad bildirib. Şəhidin məğrur xanımı da o utancverici rəyi cavabsız qoymayıb və yazıb : Mən bu uzun dırnaqlarla həyat yoldaşımın məzarını da təmizləyirəm”. Axı nə deyək? Nə yazaq? Şəhidin gözü yaşlı qadınını bu duruma salanlarda vicdanmı axtaraq?
Məlum durumla bağlı “Sherg.az”a danışan şəhid polkovnik-leytenant Raquf Orucovun xanımı Sevinc Orucova bu məsələni aşağılayıcı hesab edib:
“O xanımlar həyat yoldaşlarını tanıtmaq, yaşatmaq istəyirlər. Bu da onlara bir təsəllidir. Biz də “Zəfər Şəhid ilələrinə dəstək ictimai birliyi”nin Feysbuk səhifəsində şəhidlərimizin fotolarını paylaşırıq.
Sosial şəbəkə istifadəçilərinin xoş olmayan rəylərinə gəlincə, əsas dərdimiz itirdiyimiz oğullarımızdır. Onların xanımlarının da bir qadın kimi faciələri, yaralarıdır.
Biz də bir Vətən oğlu itirmişik. Bu belə rəyləri yazanların da dərdi olmalıdır. Mən şəhidlərimizin rəsmlərinə baxanda ancaq onun simasını görürəm, başqa nəyəsə fikir vermirəm. Həm də şəhidlərimizin üzlərindəki nur bir-birinə bənzəyir, insana fəxarətə bəxş edirlər. Şəhid ailələri, xanımları müzakirə olunmazdır. Birmənalı şəkildə bunu düzgün saymıram”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Suriya İrana xəbərdarlıq etdi
18:37 07.09.2026
Dünya
SEPAH: Oman sahillərindən keçən gəmiləri də vuracağıq
17:36 07.09.2026
Dünya
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - HAVA DURUMU
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya
Yəmən Silahlı Qüvvələri əks-hücumda: Ölkəyə nəzarət bərpa edilir
16:21 07.09.2026
Dünya
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur
Davutoğlu bu gün ifadə verəcək
14:53 07.09.2026
Dünya